
Məşhur "Fort Boyard" qalası lotereya hesabına bərpa olunacaq
Fransanın qərbində yerləşən və eyniadlı teleşou ilə dünyada məşhurlaşan "Fort Boyard" qalası bərpa olunması üçün "İrs lotereyası" proqramına daxil edilib.
Fransanın qərbində yerləşən və eyniadlı teleşou ilə dünyada məşhurlaşan "Fort Boyard" qalası bərpa olunması üçün "İrs lotereyası" proqramına daxil edilib.
Gundem.today xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.
Tez-tez baş verən fırtınalar səbəbindən qalaya ciddi ziyan dəyib. Layihə çərçivəsində abidənin bərpası üçün təxminən 500 min avro vəsaitin ayrılması gözlənilir.
Qeyd edək ki, təməli 1801-ci ildə Napoleonun göstərişi ilə qoyulan və tikintisi 1857-ci ildə tamamlanan bu qala milli tarixi abidə statusuna malikdir. "İrs lotereyası" isə 2018-ci ildən bəri keçirilir və əldə olunan gəlirlər Fransadakı tarixi abidələrin bərpasına yönəldilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.