
Məşhur futbolçu Fransa ilə oyundan sonra təcili xəstəxanaya yerləşdirilib
Kolumbiya millisinin məşhur futbolçusu Xames Rodriges Fransa yığması ilə yoldaşlıq matçından (1:3) sonra təcili xəstəxanaya yerləşdirilib.
Kolumbiya millisinin məşhur futbolçusu Xames Rodriges Fransa yığması ilə yoldaşlıq matçından (1:3) sonra təcili xəstəxanaya yerləşdirilib.
Gundem.today xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyası məlumat yayıb.
Məlumata görə, təcrübəli futbolçu idmanla bağlı olmayan sağlamlıq probleminə görə həkim nəzarəti altındadır.
Fransa ilə matçdan bir gün sonra oyunçuya orqanizmin susuzlaşması (dehidratasiya) diaqnozu qoyulub. Bununla əlaqədar o, son 72 saatı xəstəxanada profilaktik nəzarət altında və bərpa üçün keçirib.
Federasiya bəyan edib ki, son tibbi məlumatlara görə, oyunçunun vəziyyəti yaxşılaşır, müsbət dinamika müşahidə olunur.
Qeyd edək ki, Rodriges Fransa ilə matçda əsas heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"
Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir.
İdman"Zirə" minifutbol üzrə Azərbaycan çempionatının qalibi oldu
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.
İdmanBrunu Fernandeş İngiltərədə ayın futbolçusu seçildi
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun adı məlum olub.
İdman"Neftçi"də ciddi itki
"Neftçi"nin kapitanı zədələnib.