
Məşhur Hollivud ulduzunun üçüncü övladı doğuldu
Məşhur Hollivud aktrisası Kameron Dias üçüncü övladını dünyaya gətirib.
Məşhur Hollivud aktrisası Kameron Dias üçüncü övladını dünyaya gətirib.
Gundem.today xəbər verir ki, bu barədə kino ulduzunun həyat yoldaşı Benci Madden özünün "Instagram" hesabında paylaşım edib.
Musiqiçi aktrisanın oğlan övladının doğulduğunu bildirib. Valideynlər körpəyə Nautas adını qoyublar.
Xatırladaq ki, Kameron Diasla Benci Madden 2015-ci ildə ailə həyatı qurublar. Hollivud ulduzu ilk dəfə 2019-cu ildə ana olub və cütlüyün Raddiks adlı qızı dünyaya gəlib. 2024-cü ilin martında isə onların Kardinal adlandırdıqları ikinci övladları (oğlan) doğulub. Həmin vaxt da məşhur cütlük bu xəbəri bir müddət sirr saxlamış, daha sonra sosial şəbəkədə elan etmişdi.
Qeyd edək ki, ailə qurduqdan sonra tanınmış sənətçi aktyorluq fəaliyyətinə son qoyub. 2024-cü ilin oktyabrında keçirilən "Fortune Nüfuzlu Qadınlar Sammiti"ndə o, kino sənayesindən uzaqlaşmasını bütün diqqətini ailəsinə yönəltmək və şəxsi şərab biznesini inkişaf etdirmək istəyi ilə əlaqələndirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesMoskvada azərbaycanlı reperin düşdüyü qəzanın görüntüləri yayılıb
Moskvada əslən azərbaycanlı olan məşhur reper Navainin (Nəvai Bəkirov) idarə etdiyi "Ferrari 488 Pista" markalı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Şou-biznesMəşhur azərbaycanlı reper Moskvada qəzaya düşdü - VİDEO
Tanınmış reper Navai (Nəvai Bəkirov) Moskvada özünə məxsus "Ferrari" markalı avtomobili ilə qəza keçirib.
Şou-biznesGənc aktrisa Moskvada qəzada həlak oldu
Aktrisa Kseniya Dobromilova yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Şou-biznesGənc aktrisa Moskvada qəzada həlak oldu - VİDEO
Aktrisa Kseniya Dobromilova yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.