
Məşhur türkiyəli müğənni Bengünün vəkilindən çağırış: "Ana olduğunu nəzərə alın" - FOTO
Türkiyədə saxlanılan və sonradan sərbəst buraxılan məşhur müğənni Bengünün narkotik testinin nəticələri məlum olub.
Türkiyədə saxlanılan və sonradan sərbəst buraxılan məşhur müğənni Bengünün narkotik testinin nəticələri məlum olub.
Gundem.today-ın "TGRT Haber"ə istinadən xəbərinə görə, bu barədə müğənninin vəkili açıqlama verib.
Bengü öz sosial şəbəkə hesabında vəkilin açıqlamasını paylaşıb.
Vəkil Bengünün qan və saç nümunələrində hər hansı qadağan olunmuş maddəyə rast gəlinmədiyini bildirib.
"Müştərimiz Bengü Erdenin qan və saç nümunələri üzərində aparılan ətraflı yoxlamalar nəticəsində narkotik və ya stimullaşdırıcı maddə aşkarlanmayıb. Bu istiqamətdə onun həyatının heç bir mərhələsində narkotik və ya stimullaşdırıcı maddədən istifadə etmədiyini vurğulayırıq. Müştərimizin ilk növbədə ana olduğunu nəzərə alaraq, bu məsələ ilə bağlı şərhlərdə və xəbərlərdə həssaslıq göstərilməsini və həqiqəti əks etdirməyən iddialara, xəbərlərə etibar edilməməsini xahiş edirik", - deyə vəkil qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznes"BTS K-pop" qrupunun prodüseri həbs oluna bilər - 100 milyonluq qalmaqal
Cənubi Koreya polisi "BTS K-pop" qrupunun prodüseri Pan Si Hyoku həbs etmək niyyətindədir.
Şou-biznes"Oskar" mükafatlı rejissor vəfat etdi
Argentinalı rejissor Luis Puenso 80 yaşında vəfat edib.
Şou-biznesMəşhur Hollivud aktyoru vəfat etdi
Amerikalı aktyor Patrik Maldun 57 yaşında dünyasını dəyişib.
Şou-biznesKiprdə yaşayan Alla Puqaçovanın Rusiyadakı gəlirləri və bank hesabları açıqlandı
Dünyaca məşhur müğənni Alla Puqaçova 2022-ci ildən Rusiya banklarındakı hesablara təxminən 120 milyon rubl (1.6 milyon manat) qoyub.