
Orban Macarıstan prezidentini müdafiə edib
Macarıstanın Baş naziri Viktor Orban ölkə Prezidenti Tamaş Şuyoku müdafiə edib.
Macarıstanın Baş naziri Viktor Orban ölkə Prezidenti Tamaş Şuyoku müdafiə edib.
Gundem.today xəbər verir ki, Orban bu barədə aprelin 21-də "Facebook" sosial şəbəkəsində paylaşım edib.
Baş nazir dövlət başçısının müdafiəsi üçün hazırlanmış petisiyanı imzaladığını bildirib.
Orban petisiyanın mətnini də paylaşıb. Sənəddə qeyd olunur ki, seçkilərdə qalib gəlmiş "Tisa" partiyasının lideri Peter Madyarın hazırkı prezidentin istefası ilə bağlı çağırışı hakimiyyət üzərində "tam nəzarətə" nail olmaq cəhdidir.
"Seçkidə qələbə heç bir partiyaya konstitusiya təminatlarını nəzarətsiz şəkildə ləğv etmək hüququ vermir", - deyə petisiyada vurğulanıb.
Sənəd müəlliflərinin sözlərinə görə, Şuyok - Madyardan fərqli olaraq, konstitusiya nizamını, milli varisliyi təcəssüm etdirir, hakimiyyətdən siyasi alət kimi istifadə etmir.
Qeyd edək ki, həmin gün Peter Madyar Prezident Şuyoku mayın 31-dək könüllü istefa vermədiyi təqdirdə məcburi şəkildə vəzifədən uzaqlaşdırılacağı ilə hədələyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ 38 ildən sonra ilk dəfə İrana qarşı göyərtə topundan istifadə etdi
ABŞ-nin "Spruance" esminesindən İran sahillərindəki yük gəmisinə göyərtə toplarından atəş açılması ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 38 ildən sonra ilk belə hadisə olub.
DünyaDanimarkada qatarlar TOQQUŞUB: Yaralılar var - FOTO
Danimarkada iki qatar toqquşub.
DünyaABŞ-də irimiqyaslı meşə yanğınları: Əllidən çox ev kül olub, sakinlər təxliyə edilir
ABŞ-nin Corciya ştatında meşə yanğınları nəticəsində 50-dən çox yaşayış evi külə dönüb.
Dünya"Brent" markalı neft bahalaşdı
Qlobal bazarda neft bahalaşıb.