
"Oskar" mükafatlı rejissor vəfat etdi
Argentinalı rejissor Luis Puenso 80 yaşında vəfat edib.
Argentinalı rejissor Luis Puenso 80 yaşında vəfat edib.
Gundem.today xəbər verir ki, bu barədə Argentina Müəlliflər Cəmiyyəti sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, o, aprelin 21-də Buenos-Ayresdə ölüb.
"Böyük kədər hissi ilə görkəmli ssenarist, rejissor, prodüser və təşkilatımızın üzvü Luis Puenso ilə vidalaşırıq. O, bu gün Buenos-Ayres şəhərində 80 yaşında dünyasını dəyişib", - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Puenso 1986-cı ildə "Rəsmi versiya" filmi ilə Oskar mükafatına layiq görülüb. O, həmçinin "Qoca qrinqo" (1989) və "Taun" (1992) filmləri ilə tanınıb.
Rejissor "Oskar"dan başqa "Qızıl qlobus", doqquz "Gümüş kondor" və digər mükafatların sahibidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznes"BTS K-pop" qrupunun prodüseri həbs oluna bilər - 100 milyonluq qalmaqal
Cənubi Koreya polisi "BTS K-pop" qrupunun prodüseri Pan Si Hyoku həbs etmək niyyətindədir.
Şou-biznesMəşhur Hollivud aktyoru vəfat etdi
Amerikalı aktyor Patrik Maldun 57 yaşında dünyasını dəyişib.
Şou-biznesMəşhur türkiyəli müğənni Bengünün vəkilindən çağırış: "Ana olduğunu nəzərə alın" - FOTO
Türkiyədə saxlanılan və sonradan sərbəst buraxılan məşhur müğənni Bengünün narkotik testinin nəticələri məlum olub.
Şou-biznesKiprdə yaşayan Alla Puqaçovanın Rusiyadakı gəlirləri və bank hesabları açıqlandı
Dünyaca məşhur müğənni Alla Puqaçova 2022-ci ildən Rusiya banklarındakı hesablara təxminən 120 milyon rubl (1.6 milyon manat) qoyub.