
Məşhur uşaq qidasında siçan zəhəri tapılıb?
"Hipp" əmtəə nişanlı uşaq qidası bankalarında siçan zəhəri aşkarlanması ilə bağlı yayılan məlumatlar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılıb.
"Hipp" əmtəə nişanlı uşaq qidası bankalarında siçan zəhəri aşkarlanması ilə bağlı yayılan məlumatlar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılıb.
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq qurumdan məlumat verilib.
Qeyd olunub ki, sözügedən uyğunsuzluq faktı Avstriyada qeydə alınıb:
"Məsələ həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən kriminal hal kimi araşdırılır. Belə ki, məhsulların bəzilərində qablaşdırmaya müdaxilə edildiyi ehtimal olunur. Bu da hadisənin istehsal mərhələsində deyil, paylanma və ya pərakəndə satış zəncirində qəsdən törədilmiş təxribat xarakterli olduğunu göstərir.
Bildiririk ki, uyğunsuzluq aşkarlanan məhsul 190 qramlıq qablaşdırmada məhdud sayda istehsal olunub və həmin çəkidə olan məhsullar Azərbaycana idxal edilməyib.
Hazırda digər qablaşdırmada satışı həyata keçirilən məhsullar isə ölkəyə idxal olunarkən, müvafiq şəkildə yoxlandıqdan sonra dövriyyəsinə icazə verilib. Bununla belə məsələnin həssaslığı və mediada yayılmasını nəzərə alaraq Agentliyin müfəttişləri tərəfindən satışda olan həmin məhsullardan təkrar nümunələrin götürülməsi nəzərdə tutulur. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".
Avstriyada məşhur "Hipp" markalı uşaq qidası bankalarında siçan zəhəri tapılıb.
Gundem.today xəbər verir ki, bu barədə "CBC News" Avstriya polisinə istinadən məlumat yayıb.
Polisin məlumatına görə, Burgenland federal torpağında yerləşən yaşayış məntəqəsində bir alıcı mağazadan şübhəli keyfiyyətə malik tərəvəz püresi alıb. Onun sözlərinə görə, banka artıq açılmış vəziyyətdə olub. Aparılan laborator analizlər nəticəsində bankaların tərkibində siçan zəhəri aşkarlanıb.
Bildirilir ki, həmin bankaların alt hissəsində qırmızı dairə şəklində nişan olub və qapaqlarının qoruyucu plombu zədələnib.
Market rəhbərliyi dərhal bu markaya məxsus məhsulları təkcə Avstriyada deyil, həm də Sloveniya, Macarıstan, Xorvatiya və İtaliyadakı 1 500 supermarketdən geri çağırıb.
"Hipp" şirkəti də uşaq qidası bankalarında zəhərli maddənin izlərinin aşkarlandığını təsdiqləyib. İstehsalçı bildirib ki, hadisə Avstriyada "kənar cinayət müdaxiləsi" nəticəsində baş vermiş ola bilər və bu məhsuldan istifadə etməməyə çağırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.