
"Microsoft Windows 11"in aktivləşdirilməsi qaydalarını dəyişdi
2026-cı ildən etibarən "Windows 11" əməliyyat sisteminin aktivləşdirilməsi üçün cəmi iki metod mövcud olacaq.
2026-cı ildən etibarən "Windows 11" əməliyyat sisteminin aktivləşdirilməsi üçün cəmi iki metod mövcud olacaq.
Gundem.today xəbər verir ki, bu barədə "Neowin" portalı məlumat yayıb.
Məlumata görə, "Microsoft" korporasiyası 2025-ci ilin dekabrından başlayaraq əməliyyat sistemlərinin (ƏS) telefon vasitəsilə təsdiqlənməsi prosedurunu ləğv edib. Bu üsul sistemin qeydiyyatı və aktivasiyası üçün tətbiq edilən ən köhnə variantlardan biri sayılırdı. Texnologiya nəhəngi rəsmi səhifəsindəki dəstək bölməsini yeniləyərək əməliyyat sisteminin təsdiqlənməsi formalarını yenidən açıqlayıb.
Əgər istifadəçi "Windows 11" lisenziyasını rəsmi satış nöqtələrindən əldə edirsə, o zaman 25 simvoldan ibarət xüsusi kodu sistemə daxil etməlidir. Həmin şifrə, bir qayda olaraq, qutu daxilindəki kağız daşıyıcılarda yer alır. Digər bütün istifadəçi qrupları üçün isə Amerika şirkəti əməliyyat sistemini onlayn qaydada aktivləşdirməyi məsləhət görür.
Korporasiyadan verilən məlumata əsasən, bu yeni yanaşma aktivasiya prosedurunu daha təhlükəsiz və dayanıqlı edir, həmçinin dələduzluq hallarının qarşısını alır. "Microsoft" nümayəndələri əlavə ediblər ki, rəsmi portal üzərindən qeydiyyatdan keçmək üçün istifadəçinin şəxsi hesabı və bu hesaba bərkidilmiş əməliyyat sistemi mütləqdir.
Tərtibatçı şirkət onlayn aktivasiya üsulunun həm fərdi istehlakçılar, həm də korporativ müştərilər üçün ideal olduğunu vurğulayıb. Bununla belə, şirkət oflayn rejimdə əməliyyat sistemini aktivləşdirmə metodunun tamamilə dayandırılmayacağına dair söz verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBYD-nin Şençjen şəhərindəki zavodunda yanğın baş verib - VİDEO
Çinin Şençjen şəhərinin Pinşan rayonunda yerləşən BYD avtomobil zavodunun qarajında yanğın baş verib.
DünyaMarko Rubio Vaşinqtonda İsrail və Livan arasındakı danışıqlara qatılacaq
ABŞ-nin dövlət katibi Marko Rubio ölkəsinin vasitəçiliyi ilə təşkil olunan İsrail və Livan arasındakı danışıqlarda iştirak edəcək.
DünyaTürkiyə DİN Mansur Yavaş haqqında araşdırmaya başladı
Türkiyənin Daxili İşlər Nazirliyi Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş haqqında araşdırma aparmağa icazə verib.
Dünyaİslamabad danışıqlarının sirləri açılır - Əraqçı ABŞ təmsilçilərini nədə ittiham edib?
Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında baş tutan danışıqlar zamanı İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı Birləşmiş Ştatların nümayəndə heyətinə fevral ayındakı hücum fonunda bundan sonra qarşılıqlı etimadla bağlı sual ünvanlayıb.