Son dəqiqə
Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?ABŞ-də iki milyon dollarlıq kuryoz fırıldaq: Ata və qızı məşhur rəsmləri saxtalaşdıraraq satıblar - FOTO"Spotify" musiqi platformasında yenilik tətbiq olunubFransada ölüm diaqnozu qoyulan şəxs üç saat sonra "dirildi" - Tibb dünyasını təəccübləndirən "Lazar fenomeni"Donald Tramp Nikolas Maduronun qaçırılması zamanı istifadə olunan silahın sirrini açıqladıGoranboyda avtomobil marketin hasarına çırpıldı, ölən və xəsarət alan var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Millimizin baş məşqçisi komandanın əsas problemlərini AÇIQLADI
Millimizin baş məşqçisi komandanın əsas problemlərini AÇIQLADI
İdman

Millimizin baş məşqçisi komandanın əsas problemlərini AÇIQLADI

28 mart 2026
17:30
2 baxış
Paylaş:

Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandasının hədəfi Avropa çempionatının seçmə mərhələsinin II raundunda Malta ilə keçirəcəyi oyunda qələbə qazanmaqdır.

Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandasının hədəfi Avropa çempionatının seçmə mərhələsinin II raundunda Malta ilə keçirəcəyi oyunda qələbə qazanmaqdır.

Gundem.today xəbər verir ki, bunu U-17-nin baş məşqçisi Aqil Nəbiyev AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, əvvəlcə Bolqarıstan (1:1) və Litva (0:0) ilə matçları dəyərləndirib:

"Bolqarıstanla birinci oyunu üstün keçirən tərəf biz olduq. Rəqibin ən böyük "silahı" standart vəziyyətlər idi. Qolu da məhz bu şəkildə vurdular. Buna baxmayaraq, bərabərlik topunu vura bildik. Qələbə qazanmaq üçün yaxşı imkanlar əldə etsək də, dəyərləndirə bilmədik. Əsas problem son ötürmələr və zərbələrdədir. Bu problemi Litvaya qarşı keçirilən ikinci matçda da yaşadıq. Başdan sonra qədər matça tam diktə etdik, topa daha çox sahib olduq. Hakim də iki dəfə 100 faizlik penaltimizi vermədi. Saysız-hesabsız qol fürsətlərimiz oldu. Futbolçular bu çatışmazlığı aradan qaldırmaq üçün çox çalışmalıdırlar. Millidə cəmi 3-4 günlük hazırlıqdan sonra oyunlara çıxırıq, bunların üzərində işləməyə vaxtımız olmur".

A.Nəbiyev qrupun son turu çərçivəsində martın 30-da Malta yığmasına qarşı keçiriləcək görüşlə bağlı danışıb:

"Əsas odur ki, kollektivdə qələbə əzmi var, futbolçular hər matça qalibiyyət üçün çıxırlar. İnanıram ki, Malta ilə görüşdə bunu reallaşdıra biləcəyik. Hədəfimiz Malta ilə qarşılaşmada mütləq qələbə qazanmaqdır. Futbolçularda müəyyən yorğunluq var. İstənilən halda, qrupun son matçında yaxşı oynamalı və istədiyimiz nəticəni əldə etməliyik".

Qeyd edək ki, B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz 2 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

"Fənərbağça"nın kapitanı bir il müddətinə futboldan uzaqlaşdırıldıİdman

"Fənərbağça"nın kapitanı bir il müddətinə futboldan uzaqlaşdırıldı

"Fənərbağça" futbol klubunun kapitanı və yarımmüdafiəçisi Mert Hakan Yandaş mərc oyunlarında iştirak etdiyi üçün bir il müddətinə diskvalifikasiya edilib. Bu qərarı Peşəkar Futbol İntizam Komitəsi qəbul edib.

Bu gün
01:580
UEFA Konfrans Liqasının tarixində ən erkən qol vurulduİdman

UEFA Konfrans Liqasının tarixində ən erkən qol vuruldu

İngiltərənin "Kristal Pelas" futbol klubunun hücumçusu İsmaila Sarr UEFA Konfrans Liqası turnirinin tarixində ən erkən qolun müəllifi olub.

Bu gün
01:300
UEFA Konfrans Liqası: "Şaxtyor Donetsk" evdə, "Strasburq" isə səfərdə uduzduİdman

UEFA Konfrans Liqası: "Şaxtyor Donetsk" evdə, "Strasburq" isə səfərdə uduzdu

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Bu gün
01:080
UEFA Konfrans Liqası: "Şaxtyor Donetsk" evdə, "Strasburq" isə səfərdə uduzdu - VİDEOİdman

UEFA Konfrans Liqası: "Şaxtyor Donetsk" evdə, "Strasburq" isə səfərdə uduzdu - VİDEO

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Bu gün
01:080