Son dəqiqə
Avropa nəhənglərinin maraq göstərdiyi müdafiəçi "Qarabağ"ın "radar"ında - FOTOİran rialı dollar qarşısında rekord səviyyədə ucuzlaşdıQəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA - VİDEOBakıda boru partladı: Su basan küçə ilə bağlı son vəziyyət - VİDEO - FOTOKəmaləddin Heydərov rəis müavini təyin etdiTailandda nadir tısbağaları sərhəddən keçirməyə cəhd edən qadın saxlanıldı - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Milyarder qolfçu ABŞ-də saxlanıldı - SƏBƏB - FOTO
Milyarder qolfçu ABŞ-də saxlanıldı - SƏBƏB - FOTO
İdman

Milyarder qolfçu ABŞ-də saxlanıldı - SƏBƏB - FOTO

28 mart 2026
17:24
2 baxış
Paylaş:

Əfsanəvi qolfçu Tayqer Vuds ABŞ-nin Florida ştatının Yupiter adasında evinin yaxınlığında anlaqsız və ya sərxoş vəziyyətdə idarə etdiyi "Land Rover" markalı avtomobili aşırması ittihamı ilə saxlanılıb.

Əfsanəvi qolfçu Tayqer Vuds ABŞ-nin Florida ştatının Yupiter adasında evinin yaxınlığında anlaqsız və ya sərxoş vəziyyətdə idarə etdiyi "Land Rover" markalı avtomobili aşırması ittihamı ilə saxlanılıb.

Gundem.today "Reuters" agentliyinə istinadən xəbər verir ki, məşhur qolfçu həbsdən bir neçə saat sonra girov müqabilində azadlığa buraxılıb.

Şerif Con Budensik hadisənin təfərrüatlarını açıqlayaraq bildirib ki, 50 yaşlı Vuds yüksək sürətlə hərəkətdə olarkən yarımqoşqunu arxa tərəfdən vurub. Zərbənin təsirindən avtomobil aşıb. Polis əməkdaşları hadisə yerinə gəlib çatana qədər idmançı sərnişin qapısından istifadə edərək maşından çıxmağı bacarıb.

Martin Dairə Həbsxanasında keçirilən alkotester yoxlaması zamanı idmançının qanında spirtli içki aşkar edilməyib. Buna baxmayaraq, müstəntiqlər Vudsun vəziyyətinin qəbul etdiyi dərmanlar və ya narkotik maddələrlə bağlı ola biləcəyindən şübhələnirlər. Qeyd edək ki, qolfçu bioloji test verməkdən qəti şəkildə imtina edib.

Hazırda Vudsa qarşı sərxoş vəziyyətdə avtomobil idarə etmək, özgə əmlakına ziyan vurmaq və müvafiq testlərdən boyun qaçırmaq kimi bir neçə ciddi ittiham irəli sürülüb.

ABŞ prezidenti Donald Tramp hadisəyə münasibət bildirərək deyib:

"Buna görə çox təəssüflənirəm. Qəza baş verib. Onun səhhətində müəyyən problemlər var. Qəza faktı ortadadır və mən yalnız bu barədə məlumatlıyam. O, mənim çox yaxın dostumdur".

Xatırladaq ki, bu, Vudsun sükan arxasında sərxoş vəziyyətdə saxlanılması ilə bağlı ilk hadisə deyil. O, 2017-ci ildə də Yupiter adasında oxşar səbəbdən həbs edilmiş və daha sonra ehtiyatsız idarəetməyə dair günahını etiraf etmişdi. Bununla yanaşı, 2021-ci ilin fevralında da o, hər iki ayağının sınması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi keçirmişdi.

Diqqətçəkən məqam odur ki, qolfçu məhz bu həftə TGL turnirində iştirak edərək böyük idmana qayıtmışdı. Bu, idmançının 2024-cü ildən bəri ilk rəsmi çıxışı kimi qeydə alınmışdı.

Qeyd edək ki, Tayqer Vuds karyerası ərzində 15 dəfə böyük turnirlərin qalibi olub və bu göstərici ilə o, 18 qələbəsi olan Cek Niklausdan sonra tarixin ən titullu ikinci qolfçusudur. "Forbes" jurnalının 2022-ci ilin iyun hesabatına əsasən, Vuds idman tarixində milyarder statusuna çatan üçüncü şəxsdir. Hazırda nəşr əfsanəvi idmançının sərvətini 1.5 milyard dollar həcmində qiymətləndirir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Avropa nəhənglərinin maraq göstərdiyi müdafiəçi "Qarabağ"ın "radar"ında - FOTOİdman

Avropa nəhənglərinin maraq göstərdiyi müdafiəçi "Qarabağ"ın "radar"ında - FOTO

"Qarabağ" klubu 26 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi Juan Qulartın transferi ilə maraqlanır.

Bu gün
17:460
"Atletiko Madrid"in "Arsenal"la oyunu hansı kanalda yayımlanacaq?İdman

"Atletiko Madrid"in "Arsenal"la oyunu hansı kanalda yayımlanacaq?

Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilir.

Bu gün
17:220
"Sabah" - "Karvan-Yevlax" matçının əvəzi ağır oldu: Hər iki klub cərimə ödəyəcəkİdman

"Sabah" - "Karvan-Yevlax" matçının əvəzi ağır oldu: Hər iki klub cərimə ödəyəcək

AFFA İntizam Komitəsi "Sabah" klubunu ümumilikdə 7 500 manat məbləğində cərimələyib.

Bu gün
16:460
AFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİİdman

AFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİ

AFFA-nın İntizam Komitəsi "Sumqayıt" klubunu 12 500 manat məbləğində cərimələyib.

Bu gün
16:180