
ABŞ-nin Türkiyədəki səfiri: "Sülh içində yeni Cənubi Qafqaz regionu formalaşır"
"Sülh içində yeni Cənubi Qafqaz regionu şəkillənir".
"Sülh içində yeni Cənubi Qafqaz regionu şəkillənir".
Gundem.today Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Qars-Gümrü dəmir yolu xəttinin bərpası üzrə Türkiyə və Ermənistan arasında yaradılan birgə işçi qrupunun iclasının keçirilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu hadisə "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu"nun (TRIPP) müəyyənləşdirdiyi baxışı və 8 avqust 2025-ci il tarixində Ağ Evdə ABŞ prezidentinin ev sahibliyi ilə keçirilən tarixi sülh zirvəsinin nəticələrini əks etdirir.
"Türkiyə və Ermənistanın iki ölkə iqtisadiyyatını və xalqını yenidən birləşdirmək istiqamətində atdıqları son addımları təqdir edirəm. Prezident Trampın bölgədə sabitlik və rifahı təmin etmək öhdəliyinə uyğun olaraq, bir-birinə bağlı və sülh içində yeni Cənubi Qafqaz formalaşır" , - deyə diplomat vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSerbiya yaxın vaxtlarda iri neft emalı kompleksini satmağı planlaşdırır
Serbiyanın "Naftna industrija Srbije" neft emalı kompleksində Rusiyaya məxsus payın satışı ilə bağlı razılaşmanın bağlanmasına bir aydan az vaxt qalıb.
DünyaHindistanlı milyarderin oğlu Eskobarın begemotlarını xilas etmək istəyir
Hindistanlı milyarder Mukeş Ambaninin oğlu Anant Ambani Kolumbiya hakimiyyətinin məhv etməyi planlaşdırdığı 80 begemotu ölkədən çıxarmağı təklif edib.
Dünyaİsveçrədə Özbəkistanın sabiq prezidentinin qızı barəsində cinayət işi dayandırılıb
İsveçrədə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı açılmış cinayət işi prosessual maneələr səbəbindən dayandırılıb.
DünyaKİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib
ABŞ ilə davam edən münaqişə və ali lider Əli Xameneinin ölümü fonunda İranda hakimiyyət getdikcə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinin əlində cəmləşir.