Son dəqiqə
Pezeşkian tarixi qərar verdiŞamaxıda ağır qəza: Dörd nəfər xəsarət aldıElxan Mikayılova vəzifə verildiÇexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər qaz almağı planlaşdırırNəcibə Nəsibovanın yerinə yeni TƏYİNATTürkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Mir Cəlal Paşayevin yaradıcılığı Prezident Kitabxanasının yeni elektron kolleksiyasında - VİDEO
Mir Cəlal Paşayevin yaradıcılığı Prezident Kitabxanasının yeni elektron kolleksiyasında - VİDEO
Cəmiyyət

Mir Cəlal Paşayevin yaradıcılığı Prezident Kitabxanasının yeni elektron kolleksiyasında - VİDEO

Bu gün
17:35
0 baxış
Paylaş:

Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin "Ədəbi irs" adlı altbölməsində XX əsr Azərbaycan ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan yeni virtual kolleksiya yaradılıb.

Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin "Ədəbi irs" adlı altbölməsində XX əsr Azərbaycan ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan yeni virtual kolleksiya yaradılıb.

Kitabxanadan Gundem.today-a bildirilib ki, kolleksiyada Mir Cəlal Paşayevin çoxşaxəli ədəbi və elmi fəaliyyətini əks etdirən materiallar təqdim olunur.

Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri olan ədibin yaradıcılığı milli ədəbiyyatın inkişafında, onun məzmun və ideya baxımından zənginləşməsində xüsusi yer tutur. Yazıçının əsərlərində xalq yaradıcılığı ilə klassik ədəbi irsin qabaqcıl ənənələrinin vəhdəti yeni bədii keyfiyyətdə ifadə olunub.

Mir Cəlal Paşayev ictimai tariximizin və xalq taleyinin mühüm məqamlarını bədii təhlil süzgəcindən keçirən, həyat və zaman haqqında oxucu ilə səmimi və düşündürücü dialoq quran sənətkar kimi tanınır. Onun roman və hekayələri insan xarakterlərinin dərin psixoloji təhlili, milli-mənəvi dəyərlərə bağlılıq və dövrün ictimai mənzərəsinin dolğun əks etdirilməsi ilə seçilir.

Yazıçının elmi yaradıcılığı da Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm yer tutur. Mir Cəlal Paşayev klassik ədəbi irsin, xüsusilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin sənət dünyasının tədqiqinə mühüm töhfələr verib, milli ədəbi düşüncənin əsas istiqamətlərini elmi əsaslarla şərh edib. Onun elmi və pedaqoji fəaliyyəti Azərbaycan maarifçiliyinin və ədəbiyyatşünaslıq məktəbinin formalaşmasında əhəmiyyətli rol oynayıb.

Kolleksiyada ədibin bədii əsərləri ilə yanaşı, ədəbi-tənqidi, publisistik və elmi yazılarını əhatə edən materiallar yer alır. Bu materiallar Mir Cəlal Paşayevin yaradıcılıq diapazonunun genişliyini, onun həm yazıçı, həm alim, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyətini əhatəli şəkildə təqdim edir.

Eyni zamanda, Prezident kitabxanası tərəfindən Mir Cəlal Paşayevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx hazırlanıb. Videoçarxı kitabxananın "YouTube" kanalında izləmək mümkündür.

Kolleksiya geniş oxucu auditoriyası üçün faydalı mənbə olmaqla, milli ədəbi irsin öyrənilməsi və araşdırılması baxımından əlavə imkanlar yaradır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Mir_Cəlal_Paşayev#Prezident_Kitabxanası#virtual_kolleksiya#elektron_elektron_baza#Azərbaycan_ədəbiyyatı#ədəbi_irs#ədəbiyyatşünaslıq#Məhəmməd_Füzuli#bədii_əsərlər#elmi_fəaliyyət#yazıçılar

Oxşar Xəbərlər

Elxan Mikayılova vəzifə verildiCəmiyyət

Elxan Mikayılova vəzifə verildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sabiq aparat rəhbəri Elxan Mikayılova yeni vəzifə verilib.

Bu gün
19:120
Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNATCəmiyyət

Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNAT

Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir Nəcibə Nəsibova tutduğu vəzifədən ayrılıb.

Bu gün
19:000
Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqCəmiyyət

Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (metronun "Ulduz" stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu gün
18:420
Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək - Proqramlara dəyişiklik edildiCəmiyyət

Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək - Proqramlara dəyişiklik edildi

WUF13 Festivalının axşam proqramlarında müəyyən dəyişikliklər edilib.

Bu gün
18:370