
Ölkəmizdə İnşaatçılar Günüdür
Bu gün inşaat sahəsində çalışanların peşə bayramıdır.
Bu gün inşaat sahəsində çalışanların peşə bayramıdır.
Gundem.today xatırladır ki, Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkədə İnşaatçılar Günü kimi qeyd olunur.
Bu sahə Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Bu baxımdan son illərə nəzərə salsaq, tikinti sektorunda gedən canlanmanın və dinamik inkişafın şahidi olarıq.
Hazırda ölkədə yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır. Eyni zamanda müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi hazırlanan layihələrdə yaşadılır.
Ölkəmizdə inşaat sahəsi durmadan inkişaf edir. Təkcə paytaxt Bakıda yox, eləcə də, regionlarda bir-birindən gözəl tikililər istifadəyə verilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ
Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində keçiriləcək.
CəmiyyətNardaranda su xətti partlayıb, 22 gündür küçəyə axır - Sakinlərdən NARAZILIQ
Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları ərazisində ciddi kommunal problem yaşanır.
CəmiyyətMəktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır.
CəmiyyətSelin apardığı Məşrif körpüsünə alternativ yolun tikintisinə BAŞLANILDI - FOTO
"Siyəzən-Məşrif avtomobil yolunda müvəqqəti alternativ yolun da tikintisinə start verilib".