
Moskvada qar rekordu: Nəqliyyatın hərəkəti iflic oldu, uçuşlar təxirə salındı - FOTO - VİDEO
Rusiyanın paytaxtı Moskvaya və ətraf vilayətlərə güclü qar yağıb.
Rusiyanın paytaxtı Moskvaya və ətraf vilayətlərə güclü qar yağıb.
Bu barədə Gundem.today "Shot" "Telegram" kanalına istinadən xəbər yayıb. Kəskin hava şəraiti ilə əlaqədar olaraq paytaxtda "narıncı" xəbərdarlıq elan edilib.
Müxtəlif ərazilərdə bir neçə ağac aşıb, lakin xəsarət alan olmayıb.
Moskvada müşahidə olunan güclü qar çovğunu nəqliyyatın hərəkətini iflic edib, yerli hava limanlarından uçuş həyata keçirən aviaşirkətlərin qrafiklərində də dəyişikliklərə səbəb olub.
Məlumata görə, aprelin 26-dan 27-nə keçən gecə 50-dən çox təyyarə paytaxtda qalıb. Onlar əlverişsiz hava şəraiti, güclü qar və görünüş məsafəsinin min metrdən az olması səbəbindən uça bilməyib.
"Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkoveç bildirib ki, şiddətli qar yağması nəticəsində sutka ərzində Moskvaya 21 mm yağıntı düşüb, bununla da 1880-ci ilin gündəlik yağıntı rekordu yenilənib. Tişkoveç qeyd edib ki, aprelin 27-də müşahidə olunan yağıntı heç vaxt qeydə alınmayıb. O bildirib ki, bundan əvvəlki rekord 10 sm-lik göstərici ilə 55 il öncə müəyyən edilib.
Bundan başqa Sankt-Peterburq və Leninqrad bölgələrinə də güclü qar yağıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBöyük Britaniyada fövqəladə iclas keçiriləcək
Böyük Britaniyanın Baş naziri Kir Starmer İrandakı müharibənin krallıqda yaratdığı iqtisadi təsirləri ilə bağlı aprelin 28-də "Kobra" fövqəladə hökumət komitəsinin iclasını keçirəcək.
DünyaMalidə matəm elan edildi
Mali hakimiyyəti ölkənin müdafiə naziri Sadio Kamaranın terroristlərin hücumları nəticəsində həlak olmasından sonra ikigünlük matəm elan edib.
DünyaTramp miqrantların kabusuna çevrilən qurumun adını "Gözəl" qoymaq istəyir
Donald Tramp ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) xidmətinin adının daha "müsbət" səslənən adla dəyişdirilməsinə tərəfdar çıxıb.
DünyaPolşada milyonlarla saxta avro hazırlayan böyük şəbəkə ifşa olundu - FOTO
Polşada 360 milyon avro dəyərində saxta banknotların istehsalının qarşısı alınıb.