
Müharibədə 3 milyon dollar qazanmaq şansı - ABŞ-dən vəd
ABŞ Dövlət Departamenti ölkənin İraqdakı diplomatik obyektlərinə hücumlar barədə məlumat verən şəxsə üç milyon dollara qədər mükafat elan edib.
ABŞ Dövlət Departamenti ölkənin İraqdakı diplomatik obyektlərinə hücumlar barədə məlumat verən şəxsə üç milyon dollara qədər mükafat elan edib.
Gundem.today xəbər verir ki, bu barədə məlumat departamentin rəsmi saytında yerləşdirilib.
"İraqdakı ABŞ diplomatik obyektlərinə hücumlar barədə məlumat üçün üç milyon dollara qədər mükafat ayrılıb. Əgər müvafiq məlumatınız varsa, bizimlə əlaqə saxlamağınız xahiş olunur", - deyə məlumatın mətnində bildirilib.
Departament qeyd edib ki, ABŞ-nin Bağdaddakı səfirliyi, Ərbildəki konsulluğu və digər diplomatik obyektləri hücumlara məruz qalıb. Mükafat əvvəlki hücumların araşdırılmasına, həmçinin növbəti zərbələrin qarşısının alınmasına yönəlib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".