Son dəqiqə
Azərbaycandan Serbiyaya qaz satışına dair müqavilənin MÜDDƏTİ UZADILDI - FOTOSübutlar nə vaxt və necə təqdim olunmalıdır? - Ali Məhkəmədən İZAHAprelin 16-25-də Lirid meteor yağışı olacaqQazaxıstan öz hava məkanından Türkiyə hərbi təyyarələrinin keçidinə icazə verəcək"AL Market"lərdə avtomobil qazandıran lotereyaRauf Xəlilov növbəti dörd il üçün yenidən federasiya prezidenti seçildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub
"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub
Digər

"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub

Bu gün
15:48
0 baxış
Paylaş:

Sərfəli mobil operator "Nar" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "İmkanlar hər kəs üçün" layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün nəzərdə tutulan təcrübə proqramına ev sahibliyi edir. Proqramın əsas məqsədi iştirakçıların real korporativ iş mühitinə inteqrasiyasını dəstəkləmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və inklüziv əmək mühitini təşviq etməkdir. Layihə Ümumdünya Şəhə

Sərfəli mobil operator "Nar" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "İmkanlar hər kəs üçün" layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün nəzərdə tutulan təcrübə proqramına ev sahibliyi edir. Proqramın əsas məqsədi iştirakçıların real korporativ iş mühitinə inteqrasiyasını dəstəkləmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və inklüziv əmək mühitini təşviq etməkdir. Layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində keçirilir.

Qeyd edək ki, aprel ayı ərzində davam edəcək proqramda iştirakçılar "Nar"ın müxtəlif departamentlərində təcrübə keçirlər. Ümumilikdə 30 nəfərdən ibarət iştirakçı qrupu real iş mühiti ilə tanış olur, gündəlik iş proseslərində iştirak edir və praktiki biliklərini inkişaf etdirir.

Xatırladaq ki, "Nar" sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə xüsusi önəm verir. Şirkət müxtəlif bacarıqlara və fərqli həyat təcrübələrinə malik şəxslər üçün əlçatan və bərabər imkanlar yaradan iş mühitinin formalaşdırılmasını prioritet hesab edir. Bu cür təşəbbüslərlə mobil operator həm inklüziv korporativ mədəniyyətin inkişafına, həm də cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasına töhfə verməyə davam edir. "Nar"ın həyata keçirdiyi digər sosial layihələr haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.

Hazırda 2.2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Nar_Mobile#Əmək_və_Əhalinin_Sosial_Müdafiəsi_Nazirliyi_(ƏƏSMN)#Birləşmiş_Millətlər_Təşkilatı_(BMT)#Dövlət_Şəhərsalma_və_Arxitektura_Komitəsi#İnklüziv_Dəyərlər#Ümumdünya_Şəhərsalma_Forumu_(WUF13)

Oxşar Xəbərlər

"AL Market"lərdə avtomobil qazandıran lotereyaDigər

"AL Market"lərdə avtomobil qazandıran lotereya

"AL Market"lər şəbəkəsində "Siyəzən Dadlı Toyuq Al Qazan!" adlı stimullaşdırıcı lotereya kampaniyasına start verilib. Kampaniya çərçivəsində alıcılar həm gündəlik alış-verişlərini edə, həm də dəyərli hədiyyələr qazanmaq şansı əldə edə bilərlər.

Bu gün
16:420
"Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edirDigər

"Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

"Azercell Telekom" MMC "SAP S/4HANA" platformasına əsaslanan genişmiqyaslı transformasiya layihəsini uğurla başa çatdırıb. Bu təşəbbüs şirkətin rəqəmsal inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı şirkətin əməliyyat proseslərinin daha effektiv təşkilinə şərait yaradır.

Bu gün
16:381
50%-ə qədər endirim və 30 dəqiqəyə çatdırılma: "Wolt Market" Azərbaycanda təkliflərini gücləndirirDigər

50%-ə qədər endirim və 30 dəqiqəyə çatdırılma: "Wolt Market" Azərbaycanda təkliflərini gücləndirir

"Wolt" tətbiqində ("iOS", "Android") mövcud olan onlayn supermarket - "Wolt Market" istifadəçilərə ərzaq və gündəlik ehtiyac məhsullarını sürətli şəkildə birbaşa qapılarına çatdırmaq imkanı yaradır. Ənənəvi supermarketlərə rahat alternativ təqdim edir - müştərilər istənilən vaxt, 24/7 fəaliyyət göstərən "Wolt Market"dən sifarişlərini onlayn verir və cəmi 30 dəqiqə ərzində qapılarına çatdırılır.

Bu gün
15:220
"Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulurDigər

"Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur

Ölkənin aparıcı ödəniş təşkilatlarından biri olan "Modenis" MMC-nin fəaliyyətində mühüm dəyişiklik həyata keçirilir. Belə ki, fintex sektorunda xidmət keyfiyyətini artırmaq və yeni innovativ həllər təqdim etmək məqsədilə "Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur. Şirkətin bütün hüquq və öhdəlikləri "MPAY" MMC-yə ötürülür.

Bu gün
12:302