
"Neftçi" - "Qarabağ" matçında tarixi an: Son 15 mövsümün rekordu qeydə alındı
Misli Premyer Liqasının XXIX turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununu stadiondan 9500 tamaşaçı izləyib.
Misli Premyer Liqasının XXIX turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununu stadiondan 9500 tamaşaçı izləyib.
Gundem.today xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir.
"Ağ-qaralar"ın meydanında daha çox izləyici sonuncu dəfə 2010/2011 mövsümündə qeyd alınıb.
2011-ci il fevralın 13-də "Xəzər Lənkəran"la Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmanı (0:0) 10 min seyrçi izləyib.
Qeyd edək ki, "Neftçi" "Palms Sports Arena"dakı görüşdə "Qarabağ"a 1:5 hesabı ilə uduzub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanMusa Qurbanlı "Qarabağ"ın səfər matçlarında yubiley qolunun müəllifi oldu
"Qarabağ" Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub.
İdman"Neftçi" ilə matçda Medinadan tarixi göstərici
"Qarabağ"ın kolumbiyalı müdafiəçisi Kevin Medina komandanın heyətində özünün 200-cü matçına çıxıb.
İdman"Turan Tovuz"la matçda vurulan həlledici qol Volkov üçün xüsusi olub
Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan "Turan Tovuz"la gərgin səfər qarşılaşması (1:1) "Zirə"nin legioneri Davit Volkov üçün xüsusi əhəmiyyət kəsb edən qolla yadda qalıb.
İdman"Sumqayıt" 50-yə çatdı
"Sumqayıt" futbol klubu Azərbaycan Premyer Liqası tarixində özünün yubiley - 50-ci səfər qələbəsini rəsmiləşdirib.