
"Sumqayıt" 50-yə çatdı
"Sumqayıt" futbol klubu Azərbaycan Premyer Liqası tarixində özünün yubiley - 50-ci səfər qələbəsini rəsmiləşdirib.
"Sumqayıt" futbol klubu Azərbaycan Premyer Liqası tarixində özünün yubiley - 50-ci səfər qələbəsini rəsmiləşdirib.
Gundem.today Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu əlamətdar hadisə Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutub.
Rəqib meydanında "İmişli" ilə üz-üzə gələn "gənclik şəhəri" təmsilçisi inamlı oyun nümayiş etdirərək meydandan 2:0 hesablı üstünlüklə ayrılıb.
Komanda bu yubiley qələbəsinə özünün 233-cü səfər matçında imza atıb. Nəticədə "Sumqayıt" turnir tarixində rəqib meydanında ən azı 50 və daha artıq qələbə qazanan 12-ci klub ünvanına sahib çıxaraq, bu xüsusi göstəricidə "Şəmkir"lə bərabərləşib.
Xatırladaq ki, Sumqayıtın eyniadlı təmsilçisinin səfərdə qazandığı ilk qələbə 2011/2012 mövsümündə qeydə alınıb. Komanda 2011-ci ilin 5 noyabr tarixində səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etməyi bacarmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Neftçi" ilə matçda Medinadan tarixi göstərici
"Qarabağ"ın kolumbiyalı müdafiəçisi Kevin Medina komandanın heyətində özünün 200-cü matçına çıxıb.
İdman"Neftçi" - "Qarabağ" matçında tarixi an: Son 15 mövsümün rekordu qeydə alındı
Misli Premyer Liqasının XXIX turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununu stadiondan 9500 tamaşaçı izləyib.
İdman"Turan Tovuz"la matçda vurulan həlledici qol Volkov üçün xüsusi olub
Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan "Turan Tovuz"la gərgin səfər qarşılaşması (1:1) "Zirə"nin legioneri Davit Volkov üçün xüsusi əhəmiyyət kəsb edən qolla yadda qalıb.
İdman"Çelsi"nin yeni baş məşqçisi kim olacaq? - Əsas namizədlərin siyahısı
"Çelsi"nin yeni baş məşqçisi postuna iddialı namizədlərin siyahısı məlum olub.