Son dəqiqə
Hakan Çalhanoğlu DÇ-2026-dan kənarda qalacaq?Nyu-York merinin başlatdığı "Humanitar problem" adlı siyasi manipulyasiya - VİDEOAİ-nin Tbilisidəki səfiri Gürcüstan XİN-ə çağırıldı - SƏBƏBHava DƏYİŞƏCƏK: Yağış, dolu və sel XƏBƏRDARLIĞISabah Balakən və Hacıqabulun bir hissəsi qazsız qalacaqTürkiyədə 70 kq qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisinə HÖKM OXUNDU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. "Prezident Kuboku 2026" beynəlxalq reqatası ilk dəfə Sərsəng su anbarında keçirilir - FOTO
"Prezident Kuboku 2026" beynəlxalq reqatası ilk dəfə Sərsəng su anbarında keçirilir - FOTO
İdman

"Prezident Kuboku 2026" beynəlxalq reqatası ilk dəfə Sərsəng su anbarında keçirilir - FOTO

Bu gün
15:20
0 baxış
Paylaş:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının açılış mərasimi keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının açılış mərasimi keçirilib.

Gundem.today "Report"a istinadən xəbər verir ki, Qarabağın dilbər guşəsi Ağdərədə təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqində reqatanın ilk dəfə Sərsəng su anbarında keçirilməsinin qürurverici olduğunu bildirən gənclər və idman naziri Fərid Qayıbov təşkilatçılığın ildən-ilə təkmilləşdiyini deyib. Nazir idmançıların yarışdan zövq alacaqlarına inandığını bildirib.

Ardınca nümunəvi çıxışlar start götürüb. Daha sonra tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdirilib.

Daha sonra akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçirilib. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vurublar.

Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Prezident_Kuboku_2026#avarçəkmə_reqatası#Ağdərə_idman#Sərsəng_su_anbarı#beynəlxalq_reqata#kayak_kanoe#Mingəçevir_avarçəkmə#Fərid_Qayıbov#idman_xəbərləri#akademik_avarçəkmə

Oxşar Xəbərlər

Hakan Çalhanoğlu DÇ-2026-dan kənarda qalacaq?İdman

Hakan Çalhanoğlu DÇ-2026-dan kənarda qalacaq?

Türkiyə millisinin təcrübəli futbolçusu Hakan Çalhanoğlu İtaliya A seriyasında mövsümü erkən başa vurub.

Bu gün
17:080
"Neftçi"də şok qərar: Abubakar gedir?İdman

"Neftçi"də şok qərar: Abubakar gedir?

"Neftçi"nin Vensan Abubakarla bağlı planı müəyyənləşib.

Bu gün
16:160
"Real Madrid" Mbappeni "itirdi" - RƏSMİ AÇIQLAMAİdman

"Real Madrid" Mbappeni "itirdi" - RƏSMİ AÇIQLAMA

"Real Madrid" klubu Kilian Mbappenin zədəsi ilə bağlı açıqlama yayıb.

Bu gün
16:010
"Qalatasaray"da derbidə qələbəyə görə fantastik mükafatİdman

"Qalatasaray"da derbidə qələbəyə görə fantastik mükafat

İstanbul derbisində "Fənərbağça"nı darmadağın edən (3:0) "Qalatasaray" klubuna 5 milyon avro mükafat veriləcək.

Bu gün
14:240