
"Real Madrid" Mbappeni "itirdi" - RƏSMİ AÇIQLAMA
"Real Madrid" klubu Kilian Mbappenin zədəsi ilə bağlı açıqlama yayıb.
"Real Madrid" klubu Kilian Mbappenin zədəsi ilə bağlı açıqlama yayıb.
Gundem.today xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
"Klubun tibbi xidmətləri tərəfindən aparılan müayinənin nəticələrinə əsasən, Mbappeyə sol ayağının vətərinin zədəsi diaqnozu qoyulub. Vəziyyət dinamik şəkildə izləniləcək", - deyə klubdan bildirilib.
Daha əvvəl futbolçunun ciddi zədə səbəbindən mövsümünün sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı barədə məlumatlar yayılıb.
"Real Madrid"in gənc ulduzu Kilian Mbappe zədə səbəbindən mövsümünün sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.
Gundem.today xəbər verir ki, bu barədə "El Chiringuito TV" sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, fransalı hücumçunun zədəsi gözləniləndən daha ciddidir.
Futbolçunun səhhəti ilə bağlı Madrid təmsilçisinin bu gün rəsmi açıqlama yayacağı gözlənilir.
Forvard İspaniya La Liqasında XXXII turun "Real Betis"lə matçının (1:1) 81-ci dəqiqəsində əvəzlənib. Mbappenin sol ayağının dizaltı vətərində zədə olduğu bildirilir.
Qeyd edək ki, fransalı hücumçu dizindəki problemlər səbəbindən fevral-mart aylarında beş görüşü buraxmalı olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanHakan Çalhanoğlu DÇ-2026-dan kənarda qalacaq?
Türkiyə millisinin təcrübəli futbolçusu Hakan Çalhanoğlu İtaliya A seriyasında mövsümü erkən başa vurub.
İdman"Neftçi"də şok qərar: Abubakar gedir?
"Neftçi"nin Vensan Abubakarla bağlı planı müəyyənləşib.
İdman"Prezident Kuboku 2026" beynəlxalq reqatası ilk dəfə Sərsəng su anbarında keçirilir - FOTO
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının açılış mərasimi keçirilib.
İdman"Qalatasaray"da derbidə qələbəyə görə fantastik mükafat
İstanbul derbisində "Fənərbağça"nı darmadağın edən (3:0) "Qalatasaray" klubuna 5 milyon avro mükafat veriləcək.