Son dəqiqə
KİV: Hörmüz boğazının bağlanması yeni marşrutların yaradılmasına səbəb olubİki dəfə əməliyyat olunan aktyorun səhhətində problemlər yaranıbLənkəranda WUF13 Festivalı keçirilib - FOTOKİV: İran ABŞ blokadası fonunda neft hasilatını azaldırŞəkidə iki avtomobil toqquşdu: Xəsarət alanlar varAiləsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Nobel Sülh Komitəsi İranı Nərgiz Məhəmmədini azad etməyə çağırdı
Nobel Sülh Komitəsi İranı Nərgiz Məhəmmədini azad etməyə çağırdı
Dünya

Nobel Sülh Komitəsi İranı Nərgiz Məhəmmədini azad etməyə çağırdı

Bu gün
21:24
0 baxış
Paylaş:

Nobel Sülh Komitəsi İran hökumətindən siyasi məhbus və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin azad edilməsini tələb edib.

Nobel Sülh Komitəsi İran hökumətindən siyasi məhbus və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin azad edilməsini tələb edib.

Gundem.today xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Komitənin rəhbəri Yorgen Vatne Fridnes bildirib ki, Məhəmmədinin səhhəti ciddi şəkildə pisləşib və onun təcili tibbi müalicəyə ehtiyacı var.

Qeyd edək ki, fəalın səhhəti həbsxanada kəskin ağırlaşdıqdan sonra o, Zəncan şəhərində xəstəxanaya yerləşdirilib. Bildirilir ki, onda huşun itirilməsi halları və ağır infarkt qeydə alınıb.

Nobel Sülh Mükafatının iranlı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

Gundem.today-ın "AFP" nəşrinə istinadən xəbərinə görə, bu barədə onun yaxın ətrafı məlumat veriblər.

Nərgiz Məhəmmədinin fondunun açıqlamasına görə, vəziyyətinin sürətlə pisləşməsi, iki dəfə huşunu itirməsi və ağır infarkt səbəbindən, o, təcili olaraq Zəncandakı xəstəxanaya köçürülüb. Birinci dəfə ürəyi getdikdən sonra, o, Zəncan xəstəxanasına yerləşdirilməkdən imtina edib. Baxmayaraq ki, daha əvvəllər mürəkkəb cərrahi tarixçəsinə görə ona müalicə üçün Tehranda müəyyən həkimlərə müraciət etmək tövsiyə olunmuşdu. Lakin vəziyyəti pisləşdikdən sonra həbsxana həkimi Nərgiz Məhəmmədinin təcili olaraq xəstəxanaya yerləşdirilməsini əmr edib.

Nəşr qeyd edir ki, hüquq müdafiəçisi təcili terapiya şöbəsinə yerləşdirilib, lakin onun qan təzyiqi kəskin şəkildə dəyişməyə davam edir.

Nərgiz Məhəmmədinin ailəsi iddia edir ki, qərar son anda verilib və artıq çox gec ola bilər. Onların sözlərinə görə, hakimiyyət orqanları onun sağlamlıq durumu kəskinləşənə qədər tibbi məsləhətlərə məhəl qoymayıblar.

Qeyd edək ki, Nərgiz Məhəmmədi ötən il dekabrın 12-də Məşhəd şəhərində vəkil Xosrov Alikurdinin xatirəsinə həsr edilən mərasimdə bir neçə digər fəalla birlikdə həbs edilib.

Xatırladaq ki, hüquq müdafiəçisi İranda görüşlər təşkil etmək, gizli sövdələşmə və təbliğat aparmaqda ittiham olunduğu üçün azadlıqdan məhrum edilmişdi.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Nərgiz_Məhəmmədi#Nobel_Sülh_Mükafatı#hüquq_müdafiəçisi#İran#həbsxana#Zəncan_xəstəxanası#infarkt#insan_haqları#reanimasiya#siyasi_fəal

Oxşar Xəbərlər

KİV: Hörmüz boğazının bağlanması yeni marşrutların yaradılmasına səbəb olubDünya

KİV: Hörmüz boğazının bağlanması yeni marşrutların yaradılmasına səbəb olub

Hörmüz boğazının bağlanması iri gəmiçilik şirkətlərini alternativ logistika marşrutları yaratmağa məcbur edib.

Bu gün
22:360
KİV: İran ABŞ blokadası fonunda neft hasilatını azaldırDünya

KİV: İran ABŞ blokadası fonunda neft hasilatını azaldır

İran ABŞ-nin tətbiq etdiyi dəniz blokadası fonunda neft anbarlarının dolmasının qarşısını almaq üçün hasilatı azaltmağa başlayıb.

Bu gün
22:000
Filippində vulkan püskürdü, sakinlərə xəbərdarlıq edildi - VİDEODünya

Filippində vulkan püskürdü, sakinlərə xəbərdarlıq edildi - VİDEO

Filippinin Albay vilayətində Mayon vulkanı püskürməyə başlayıb, regionun səması qalın tüstü ilə örtülüb.

Bu gün
20:480
İran ABŞ-ni nüvə silahı ilə bağlı sazişi pozmaqda ittiham etdiDünya

İran ABŞ-ni nüvə silahı ilə bağlı sazişi pozmaqda ittiham etdi

İranın BMT yanındakı daimi nümayəndəliyi ABŞ-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərini 56 ildir pozduğunu bəyan edib.

Bu gün
19:520