
"Norm" və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib - FOTO
Aprel ayının 23-də qeyri-formal və informal təhsilin tanınması(QFİTT) istiqamətində "Norm" ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə "Norm" Ustalar Klubunun üzvü olan 30 usta sertifikasiya imtahanına cəlb olunub.
Aprel ayının 23-də qeyri-formal və informal təhsilin tanınması(QFİTT) istiqamətində "Norm" ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə "Norm" Ustalar Klubunun üzvü olan 30 usta sertifikasiya imtahanına cəlb olunub.
"Norm" ASC tərəfindən təşkil olunan biraylıq intensiv təlim proqramını uğurla başa vurmuş iştirakçılar QFİTT çərçivəsində TKTA tərəfindən "İnşaat ustası" peşə ixtisası üzrə qiymətləndirmənin birinci mərhələsində - nəzəri imtahanda iştirak ediblər. Nəzəri mərhələni uğurla tamamlayan namizədlərin qiymətləndirmənin ikinci mərhələsinə - praktik imtahana cəlb olunması nəzərdə tutulur.
Bu təşəbbüs QFİTT istiqamətində hər iki qurumun birgə həyata keçirdiyi ikinci layihədir. 2024-cü ildə icra edilmiş ilk layihədə nəzəri imtahandan müvəffəqiyyətlə keçərək praktik mərhələdə iştirak hüququ əldə etmiş 23 nəfər iştirakçıdan 21-i TKTA tərəfindən müvafiq peşə ixtisasını təsdiq edən rəsmi sənədlə təltif olunmuşdu.
Qeyd edək ki, "Norm" ASC ilə TKTA arasında QFİTT istiqamətində Anlaşma Memorandumu 2024-cü ildə imzalanıb. Bu tərəfdaşlıq çərçivəsində inşaat ustalarının bilik və bacarıqlarının qiymətləndirilməsi və rəsmi şəkildə tanınmasına yönəlmiş layihələrin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin əsas məqsədi inşaat ustalarının peşəkar inkişafını dəstəkləmək, onların dayanıqlı məşğulluq imkanlarını genişləndirmək və sosial rifahının yüksəldilməsinə töhfə verməkdir. "Norm" ASC bu kimi təşəbbüslərlə ustaların inkişafına dəstək olmaqla yanaşı, ümumilikdə ölkənin inşaat sektorunun inkişafına töhfə verməyi hədəfləyir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərMDU-da böyük azərbaycanlı yazıçı, alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan konfrans keçirilib - FOTO
2026-cı ilin 24 aprel tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına və anadan olmasının 118-ci ildönümünə həsr olunmuş "Mir Cəlal Paşayev yaradıcılığı: Ədəbi-estetik düşüncə, milli kimlik və müasir interpretasiyalar" mövzusunda elmi-praktik konfrans keçirilib.
Digər"İDSchool" Antalyada keçirilən beynəlxalq robot olimpiadasında ölkəmizi təmsil edir - FOTO
Bakıda fəaliyyət göstərən, uşaqlar üçün İT tədris mərkəzi kimi tanınan "İDSchool" hazırda beynəlxalq arenada növbəti mühüm mərhələdə çıxış edir.
Digər"BRAVO": 10 İlin Parıltısı
"BRAVO" "10 İlin Parıltısı" adlı yubiley tədbiri təşkil edib. Tədbir "BRAVO" marketlər şəbəkəsinin 10 illik fəaliyyət yoluna, əldə etdiyi nailiyyətlərə və gələcək inkişaf hədəflərinə həsr edilib.
Digər"Araz" supermarketlər şəbəkəsindən "Bir kitab, min dünya" təşəbbüsü
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsinin 15 illik yubileyinə həsr olunmuş, 23 aprel - Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə "Bir kitab, min dünya" layihəsi çərçivəsində silsilə maarifləndirici və mədəni tədbirlər təşkil olunub.