
Nüfuz alverində ittiham olunan polkovnikə HÖKM OXUNDU
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayevin məhkəməsi başa çatıb.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayevin məhkəməsi başa çatıb.
Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Polkovnik vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alverində ittiham olunurdu.
Hakim Zaur Hacıyevin sədrliyi ilə aparılan məhkəmə istintaqı bu gün yekunlaşıb.
Hökmə əsasən, A.Paşayevin şəxsiyyəti, mübaribə iştirakçısı olması və müxtəlif medallarla təltif edilməsi nəzərə alınıb. Nəticədə 6 min manat cərimə cəzasına məhkum edilib.
Qeyd edək ki, cinayət işinin istintaqı prokurorluqda aparılıb. A.Paşayevə Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə yekun ittiham elan edilib. Həmin maddənin sanksiyasında 5 ilə kimi həbs və cərimə cəzasının tətbiqi nəzərdə tutulur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalKülli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər uğurla davam etdirilir.
KriminalXırdalanda QƏTL: Şübhəli saxlanıldı
Abşeron rayonu, Xırdalan şəhərində Ruhin Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
KriminalXırdalanda qətl hadisəsi olub
Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.
KriminalŞirvanda narkotik satan 5 nəfər TUTULDU
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb.