
Oğlunu güllələyən ata məhkəmə qərarından narazıdır
Astara rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ağaşir Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Astara rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ağaşir Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, müraciət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Ağaşir Hüseynov 31 iyul 2020-ci ildə saat 17 radələrində Astara rayonun Vaqo kəndində ailə məişət zəminində aralarında soyuq münasibətlər olan oğlu Turalın arvadı Fərzanə ilə mübahisə etdiyini eşidib. Ağaşir oğluna arvadı ilə dava etməsinə görə iradını bildirib.
Tural isə iradı qəbul etmək əvəzinə, atasına kobudluq edib, nalayiq şəkildə cavab qaytarıb.
Bundan əsəbiləşən Ağaşir evdə olan babasından miras qalmış ov tüfəngi ilə Turalın sol bud nahiyəsinə iki dəfə atəş açıb, ona xəsarət yetirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağaşir Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror protest verib, Ağaşirin cəzasının ağırlaşdırılmasını istəyib. Təqsirləndirilən şəxsin vəkili isə apelyasiya şikayəti verib və müvəkkilinin barəsində şərti cəza təyin olunmasını istəyib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti və təqsirləndirilən şəxsin vəkilinin şikayəti təmin edilməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalQaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI - VİDEO
Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
KriminalRüşvətə görə tutulan məmur 150 min verib cəzasını azaltmaq istədi, dələduzluqla üzləşdi
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının keçmiş sədri, 8 il müddətinə azadlıqdan məhrum edilən Katib Məmmədov Ali Məhkəmədə cəzasını yüngülləşdirmək istəyərkən dələduzluqla üzləşib.
KriminalHərrac vədi ilə 65 minlik dələduzluq işinə dair QƏRAR VERİLDİ
Hərrac dələduzluğunda təqsirləndirilən Ceyhun Hüseynov və Lalə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KriminalQuldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı
Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.