%3A1200.jpg&w=3840&q=75)
Hərrac vədi ilə 65 minlik dələduzluq işinə dair QƏRAR VERİLDİ
Hərrac dələduzluğunda təqsirləndirilən Ceyhun Hüseynov və Lalə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hərrac dələduzluğunda təqsirləndirilən Ceyhun Hüseynov və Lalə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən sonuncu iclasda dövlət ittihamçısı Lalə Həsənovanın 7 il 6 ay, Ceyhun Hüseynovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmalarını təklif edib.
Hər iki təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışları ediblər, müttəhimlər son söz deyiblər.
Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökm elan edilib, Lalə Həsənova 6 il, Ceyhun Hüseynov isə 7 il müddətinə həbs olunublar.
İttihama görə, Ceyhun Hüseynov tanışına 2020-ci ildə avtomobil alqı-satqısı ilə məşğul olduğunu, "Muğan Bank"da işləyən Ruslan adlı dostu vasitəsilə həmin bankın balansında olan hərraca çıxarılacaq avtomobillərlə bağlı biznes quracağını vəd edib.
O, qarşı tərəfi həmin bankda depozit hesabında külli miqdarda pulu olduğu üçün qabaqcadan ucuz qiymətə avtomobil alacağına, yenidən satışa çıxarıb gəlir əldə edəcəyinə inandırıb. Bu məqsədlə ondan 65 min manat alıb. Hər avtomobilə görə 1000 manat qazanc ödəyəcəyinə dair öhdəlik götürüb.
Ceyhun Hüseynovun vəkili iddia edib ki, təqsirləndirilən şəxsin tanışı olan Lalə Həsənova adlı qadın bir neçə şəxsdən pul götürərək qaytarmayıb. Həmin şəxslərə pulu C.Hüseynova verdiyini bildirib. Zərərçəkmişlər bu zaman Ceyhundan da şikayət ediblər. İstintaq zamanı müəyyən olunub ki, Ceyhun Hüseynov Lalə Həsənova adlı qadının pul aldığı şəxsləri tanımır, həmin adamlar pulu Lalə Həsənovaya veriblər.
Ceyhun Hüseynov və Lalə Həsənovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalRüşvətə görə tutulan məmur 150 min verib cəzasını azaltmaq istədi, dələduzluqla üzləşdi
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının keçmiş sədri, 8 il müddətinə azadlıqdan məhrum edilən Katib Məmmədov Ali Məhkəmədə cəzasını yüngülləşdirmək istəyərkən dələduzluqla üzləşib.
KriminalQuldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı
Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
KriminalKişi ondan boşanmaq istəyən arvadını çalışdığı marketdə döydü
Saatlı Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zabit Bəşirovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
KriminalQadınları fahişəliyə cəlb edən şəxsə hökm oxundu
Fahişəliyə cəlbetmədə təqsirləndirilən Ceyla Səmədovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.