Son dəqiqə
"Çelsi"nin start heyəti mediaya necə sızdırılıb?YAP-ı MSK-da təmsil edəcək namizədlərin SİYAHISI - FOTOİlin ilk üç ayında dövlət büdcəsinin XƏRCLƏRİ VƏ GƏLİRLƏRİ AÇIQLANDI"DH Volley" Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıbABŞ müttəfiqlərinə xəbərdarlıq etdi: Etibarlı təchizat üçün xərclər artırılmalıdırİrandan hərəkət edən yük gəmisi Oman körfəzində atəşə tutuldu - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Oğuzda sahibkarlığın inkişafı və biznes imkanları müzakirə olunub - FOTO
Oğuzda sahibkarlığın inkişafı və biznes imkanları müzakirə olunub - FOTO
İqtisadiyyat

Oğuzda sahibkarlığın inkişafı və biznes imkanları müzakirə olunub - FOTO

15 aprel 2026
14:47
0 baxış
Paylaş:

Sahibkarlarla görüşdə tikinti materiallarının və təbii mineral suların istehsalına maliyyə dəstəyi, tütünçülük və s. istiqamətlərdə müzakirələr aparılıb.

Sahibkarlarla görüşdə tikinti materiallarının və təbii mineral suların istehsalına maliyyə dəstəyi, tütünçülük və s. istiqamətlərdə müzakirələr aparılıb.

Gundem.today xəbər verir ki, regionda sahibkarlıq fəaliyyətinin təşviqi, biznesin genişləndirilməsi üçün dövlətin dəstək mexanizmləri barədə məlumatlandırmaq və bölgə sahibkarlarının ehtiyac və təkliflərinin öyrənilməsi məqsədilə Oğuz rayonunda sahibkarlarla görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə kənd təsərrüfatı, tikinti, ictimai iaşə, turizm və s. sahələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə sahibkarlarla regionun sosial-iqtisadi inkişafına, biznes mühitinə və sahibkarlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlıq fəaliyyəti və mövcud biznes imkanlarının reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsi, sahələrarası əməkdaşlığın gücləndirilməsi, logistika və xidmət infrastrukturunun inkişafı, sahibkarların kooperasiya imkanlarından yararlanması və biznesdə rəqəmsal alətlərdən səmərəli istifadə olunması regionda iqtisadi aktivliyi artıra bilər. Eyni zamanda rayonun təbii üstünlükləri əsasında aqroturizmin inkişafı və dövlət dəstək mexanizmlərindən daha fəal istifadə olunması bölgədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə töhfə verəcəkdir.

Görüşdə sahibkarlarla əsasən tikinti materiallarının və təbii mineral suların istehsalına maliyyə dəstəyi, tütünçülük, infrastrukturun təmirinə dəstək kimi istiqamətlərdə müzakirələr aparılıb, fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.

KOBİA nümayəndələri həmçinin, Oğuz rayonunun Padar kəndində yerləşən mebel istehsalı müəssisəsində olublar. Müəssisənin fəaliyyəti ilə tanışlıq çərçivəsində sahibkarlarla biznesin inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün dövlət dəstəyinə dair müzakirələr aparılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#oğuz_rayonu#sahibkarlığın_inkişafı#biznes_imkanları#kobia#dövlət_dəstəyi#aqroturizm#tütünçülük#mebel_istehsalı#iqtisadi_inkişaf#investisiya

Oxşar Xəbərlər

İlin ilk üç ayında dövlət büdcəsinin XƏRCLƏRİ VƏ GƏLİRLƏRİ AÇIQLANDIİqtisadiyyat

İlin ilk üç ayında dövlət büdcəsinin XƏRCLƏRİ VƏ GƏLİRLƏRİ AÇIQLANDI

2026-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 598.6 milyon manat, xərcləri 7 milyard 817.1 milyon manat olub.

Bu gün
12:240
Dövlət və aztəminatlı ailələrin əmlaklarının sığortalanmasında nöqsanlar aşkarlanıbİqtisadiyyat

Dövlət və aztəminatlı ailələrin əmlaklarının sığortalanmasında nöqsanlar aşkarlanıb

Hesablama Palatasının 2025-ci il İş Planına əsasən dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortasının təhlili aparılıb.

Bu gün
12:180
Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə NÖQSANLAR AŞKARLANDIİqtisadiyyat

Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə NÖQSANLAR AŞKARLANDI

Hesablama Palatası Dövlət Gömrük Komitəsində (DGK) maliyyə uçotu və ödənişlərdə nöqsanlar aşkarlayıb.

Bu gün
11:280
Azərbaycan nefti cüzi bahalaşıbİqtisadiyyat

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.

Bu gün
09:450