
"OpenAI" rəhbərinə qarşı sui-qəsd cəhdi: 20 yaşlı gənci 30 ilədək həbs cəzası gözləyir
ABŞ hakimiyyəti San-Fransiskoda (Kaliforniya ştatı) "OpenAI" şirkətinin baş direktoru Sem Altmanın evinə "Molotov kokteyli" atan və qurumun baş qərargahının əməkdaşlarını hədələyən şəxsə qarşı ittiham irəli sürüb.
ABŞ hakimiyyəti San-Fransiskoda (Kaliforniya ştatı) "OpenAI" şirkətinin baş direktoru Sem Altmanın evinə "Molotov kokteyli" atan və qurumun baş qərargahının əməkdaşlarını hədələyən şəxsə qarşı ittiham irəli sürüb.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təqsirləndirilən şəxsə 30 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
İttiham tərəfinin məlumatına görə, 20 yaşlı Daniel Moreno-Qama Altmanı öldürmək məqsədilə San-Fransiskoya gəlib, həmçinin "OpenAI" şirkətinin baş qərargahını yandırmağı və içəridə olan hamını öldürməyi planlaşdırıb.
O, baş qərargahın binasının yaxınlığında saxlanılıb, üzərindən yandırıcı qurğular, kerosin qabı, alışqan, eləcə də süni intellekt tərtibatçılarını tənqid edən və onların öldürülməsinə çağırışları ehtiva edən manifest tapılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalAzərbaycanda rezonans doğuran CİNAYƏT: Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib. Xüsusilə ağır cinayətdə ittiham olunan X.Əli-Zadə Bakıda istintaq təcridxanasına yerləşdirilib. Hələlik onun ittihama münasibəti məlum deyil.
Kriminal"Roşka"nın işi ilə bağlı əlavə görüntülər ekspertizaya təqdim olunacaq
Sosial şəbəkələrdə "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
KriminalTiktoker "Beniz"in işində zərərçəkənin hakimə etirazı təmin edilmədi
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
KriminalTələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildi
Qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.