
PA-nın şöbə müdiri: "İşğal dövründə aparılan tikinti işləri qeyri-qanunidir"
"Beynəlxalq hüquqa görə, işğal dövründə işğal olunan ərazilərdə aparılan tikinti işləri qeyri-qanunidir".
"Beynəlxalq hüquqa görə, işğal dövründə işğal olunan ərazilərdə aparılan tikinti işləri qeyri-qanunidir".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.
O qeyd edib ki, son dövrlərdə Ermənistanın bəzi dairələri Xankəndi və digər şəhərlərimizdə bərpa və quruculuq işləri ilə əlaqədar yanlış mövqe və provokativ addımlar atırlar:
"Qeyd etmək lazımdır ki, bu ərazilərdə bərpa və quruculuq işləri aparılır və bu çərçivədə işğal dövründə qanunsuz tikililərlə bağlı şəhərsalma planına uyğun olaraq müəyyən addımlar atılır. Beynəlxalq hüquqa görə, işğal dövründə işğalçı tərəfin mülkiyyət hüquqlarının ziddinə olaraq işğal ərazilərində həyata keçirdiyi tikinti işləri qeyri-qanuni sayılır. Qanunsuz sayılan obyektlərin aradan qaldırılmasının ümumi şəhərsalma və urbanistika planlarına uyğunlaşdırılması zəruri şərtlərdən biridir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasət"Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası" təsdiq edilib
"Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası" təsdiq edilib.
SiyasətHikmət Babaoğlu: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir"
"Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir".
SiyasətABŞ-İran gərginliyi pik həddə: Danışıqlar yox, güc dili önə çıxır? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-İran münaqişəsi ilə bağlı müzakirə aparılıb.
SiyasətBakıda Qlobal Cənubun Gənclər Platforması yaradılıb
Qlobal Cənub ölkələrinin Gənclər Platformasının - gənc nəslin dekolonizasiya proseslərində rolunu gücləndirmək üçün nəzərdə tutulan yeni beynəlxalq struktur yaradılıb.