
Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin XİN rəhbərləri Yaxın Şərqi müzakirə edəcəklər
Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin xarici işlər nazirləri Yaxın Şərq regionunda gərginliyin azaldılması yollarını müzakirə etmək üçün Pakistanın paytaxtı İslamabada gedəcəklər.
Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin xarici işlər nazirləri Yaxın Şərq regionunda gərginliyin azaldılması yollarını müzakirə etmək üçün Pakistanın paytaxtı İslamabada gedəcəklər.
Gundem.today-ın xəbərinə görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Pakistan baş nazirinin müavini və xarici işlər naziri İshaq Darın dəvəti ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Misirin xarici işlər naziri Bədr Əbdül Atı 29-30 mart 2026-cı il tarixlərində İslamabada səfər edəcəklər. Səfər zamanı xarici işlər nazirləri regionda gərginliyin azaldılması səyləri də daxil olmaqla, bir sıra məsələlər üzrə ətraflı fikir mübadiləsi aparacaqlar", - deyə məlumatda bildirilib.
Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, nümayəndə heyətinin yüksək vəzifəli üzvləri həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif ilə də görüşəcəklər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.