
Paşinyan: "Uşaqlar Azərbaycanla sərhəddə futbol oynayırlar"
"Ermənistan və Azərbaycan arasında möhkəm hüquqi bazaya malik sülh bərqərar olub".
"Ermənistan və Azərbaycan arasında möhkəm hüquqi bazaya malik sülh bərqərar olub".
Gundem.today xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi hökumətin 2025-ci il (2021-2026) proqramının gedişi və nəticələri barədə hesabat təqdim edərkən deyib.
Baş nazir bildirib ki, sülhün məcburi hüquqi qüvvəsi var. Paşinyan əmin edib ki, Kirantsdakı məktəbin Azərbaycanla sərhəddən cəmi 50 metr məsafədə yerləşməsi artıq oradakı şagirdləri qorxutmur.
"Uşaqlar sərhəddən 50 metr məsafədə məktəbə gedib 30 metr məsafədə futbol oynayanda bu, sülhün nəticəsidir", - deyə Paşinyan bildirib.
Nikol Paşinyan sözünə davam edərək bildirib ki, artıq neçə ildir ki, sərhəddə atəş səsləri eşidilmir və heç kim ölmür və yaralanmır. Bundan əlavə, Ermənistan hökumətinin başlatdığı proqram çərçivəsində Azərbaycanla həmsərhəd ərazilərdə təxminən 3 600 fərdi ev tikilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.
Dünyaİran hava məkanını qismən AÇDI
Fevralın 28-dən bəri ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını mülki uçuşlar üçün qismən açıb. Hazırda yalnız ölkənin şərq hissəsində təyyarələrin hərəkətinə icazə verilir.
DünyaHörmüz müəmması: Qalibaf Trampın dediklərini təkzib etdi
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar aparılması barədə səsləndirdiyi iddialara cavab verib.
DünyaAlyaskada ayı iki hərbçiyə hücum edib
ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində fəaliyyət göstərən Elmendorf-Riçardson hərbi bazasında iki əsgər qonur ayının hücumuna məruz qalaraq yaralanıb.