
Patris Evradan "Barselona"ya sərt sözlər: "Siz artıq kral deyilsiniz"
"Mançester Yunayted"in sabiq ulduzu Patris Evra Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutacaq "Atletiko Madrid" - "Barselona" qarşıdurması ilə bağlı diqqətçəkən açıqlamalar verib.
"Mançester Yunayted"in sabiq ulduzu Patris Evra Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutacaq "Atletiko Madrid" - "Barselona" qarşıdurması ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Gundem.today xəbər verir ki, fransalı veteran futbolçu ilk matçda qeydə alınan 2:0 hesablı məğlubiyyətdən sonra Kataloniya təmsilçisinin vəziyyəti dəyişə biləcəyinə qətiyyən inanmır.
"Barselona" azarkeşləri reallığı qəbul etməlidirlər. Hər yerdə geri dönüş barədə söhbətlər görürəm, amma bu, 2015-ci ildəki komanda ilə eyni deyil. "Barselona" artıq yoxdur", - deyə Evra qeyd edib.
O, son illərdə katalonların bu mötəbər turnirin həlledici mərhələlərində mütəmadi olaraq uğursuzluqla üzləşdiyini xüsusi vurğulayıb.
"Onlar buna qadir deyillər. Çempionlar Liqası fərqli bir hekayədir. Artıq kral deyilsiniz", - deyə sabiq futbolçu əlavə edib.
Xatırladaq ki, "Atletiko Madrid" - "Barselona" qarşılaşması bu gün saat 23:00-da start götürəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Qarabağ"dan xanım azarkeşlərinə növbəti jest
"Qarabağ" futbol klubu xanım azarkeşlərinə növbəti dəfə jest edib.
İdmanMaradonanın ölüm səbəbləri araşdırılır: Yeddi tibb işçisi məhkəmə qarşısında
Argentinalı futbolçu Dieqo Maradonanın əməliyyatdan sonrakı baxımını həyata keçirən yeddi tibb işçisi məhkəmə qarşısına çıxarılıb.
İdman"Tottenhem"in müdafiəçisi üçün mövsüm bitdi - FOTO
İngiltərənin "Tottenhem" klubu ciddi itki ilə üzləşib.
İdmanAzərbaycan millisində dəyişiklik: "Qarabağ"ın oyunçusu sıradan çıxdı - FOTO
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.