
Pentaqon İranla bağlı planlaşdırılan mətbuat konfransını ləğv edib
ABŞ Müdafiə Nazirliyi aprelin 7-də, çərşənbə axşamı keçirilməsi planlaşdırılan mətbuat konfransını təxirə salıb.
ABŞ Müdafiə Nazirliyi aprelin 7-də, çərşənbə axşamı keçirilməsi planlaşdırılan mətbuat konfransını təxirə salıb.
Gundem.today-ın "The Hill" nəşrinə istinadla verdiyi məlumata görə, məhz həmin gün ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı məsələsi üzrə İrana irəli sürdüyü ultimatumun vaxtı bitir.
Nəşrin məlumatına əsasən, ABŞ-nin hərb naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin İrana qarşı aparılan hərbi əməliyyatın gedişatına həsr olunmuş mətbuat konfransının yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 16:00-da) başlaması nəzərdə tutulmuşdu. Tədbirin ləğv edilmə səbəbləri isə açıqlanmır. Qeyd edək ki, bundan əvvəl Tramp İranın 48 saat ərzində razılaşma əldə etməyəcəyi və Hörmüz boğazını açmayacağı təqdirdə, onun "cəhənnəmlə üzləşəcəyini" bəyan etmişdi.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaWSJ: "İran Trampın tələbinə boyun əyməyəcək"
İran ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının aprelin 7-si saat 20:00-a (Bakı vaxtı ilə 8 aprel, 05:00 - red.) qədər açılması ilə bağlı tələbinə boyun əyməyəcək.
DünyaPit Heqset nazir olmaq üçün nələrdən keçib? - Siyahıda məşhur şirkətlərin adları var
ABŞ-nin hərb naziri Pit Heqset Pentaqona rəhbərlik etmək üçün ölkənin aparıcı hərbi şirkətlərindəki paylarını satıbmış.
Dünya"Orion" pilotlu kosmik gəmisi Ay ətrafında uçuşunu başa vurub və Yerə qayıdır - VİDEO
"Artemida-2" missiyası çərçivəsində ABŞ-nin "Orion" kosmik gəmisinin ekipajı Ay ətrafında fırlandıqdan sonra Yerə qayıtmağa başlayır.
DünyaKİV: "Crocus" terrorun təşkilatçıları Moskvada daha bir qanlı hücum planlaşdırırdılar
"Crocus City Hall" konsert zalındakı terror aktının təşkilatçıları Moskva ərazisində ikinci bir hücum həyata keçirməyi planlaşdırsalar da, sonradan bu fikirdən daşınaraq bütün güclərini yalnız "Crocus"a yönəltmək qərarına gəliblər.