
WSJ: "İran Trampın tələbinə boyun əyməyəcək"
İran ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının aprelin 7-si saat 20:00-a (Bakı vaxtı ilə 8 aprel, 05:00 - red.) qədər açılması ilə bağlı tələbinə boyun əyməyəcək.
İran ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının aprelin 7-si saat 20:00-a (Bakı vaxtı ilə 8 aprel, 05:00 - red.) qədər açılması ilə bağlı tələbinə boyun əyməyəcək.
Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məqalə müəllifləri vurğulayıblar ki, Tramp ikinci prezidentlik müddətində İranla razılaşma əldə etmək üçün iki dəfə son tarix müəyyənləşdirib, ölkə rəhbərliyinin şərtləri yerinə yetirməyəcəyi təqdirdə hücuma keçəcəyini bildirib və ardınca hərbi əməliyyatlar başlayıb.
"Hazırda ABŞ-nin vitse-prezidenti Cey Di Vensdən tutmuş Yaxın Şərqin kəşfiyyat xidmətlərinin rəhbərlərinə qədər hər kəs yekun addımın - atəşkəsin əldə olunmasına çalışsa da, İran rəsmiləri vasitəçilərə eyni ssenarinin təkrarlanacağını gözlədiklərini bildirirlər", - nəşrdə qeyd olunub.
Bəzi amerikalı məmurların sözlərinə görə, ABŞ və İranın mövqeləri arasındakı uçurum Ağ Ev liderinin müəyyən etdiyi son tarixə qədər aradan qaldırıla bilməyəcək dərəcədə böyükdür. Bununla yanaşı, Tehran rəsmiləri vasitəçilərə ABŞ-nin İslam Respublikasına qarşı hücumlarının davam edəcəyini düşündüklərini çatdırıblar. Həmçinin, onların fikrincə, ABŞ ilə danışıqlarda irəliləyiş qeydə alınsa belə, İsrail yüksəkrütbəli İran rəsmilərini məhv etmək məqsədilə hava zərbələrini davam etdirəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇində sualtı dəmir yolu tunelinin inşasında unikal nailiyyət əldə olundu
Çinin cənubundakı Quandun bölgəsində sualtı dəmir yolu tunelinin inşaatçıları 113 metrə çatan dərinliklə dünya rekordunu qırıblar.
DünyaTramp hərbi cinayət ittihamlarından narahatdır? - Gözlənilməz açıqlama
ABŞ Prezidenti Donald Tramp İranın elektrik stansiyalarını və körpülərini vurmaq təhdidinin gerçəkləşəcəyi təqdirdə ehtimal olunan hərbi cinayət ittihamları ilə bağlı narahatlıq keçirmədiyini bəyan edib.
Dünyaİstanbulda İsrail konsulluğunun qarşısında atışma: Polis əməkdaşları yaralandılar - VİDEO
İstanbulda İsrail konsulluğunun binasının qarşısında atışma səsləri eşidilib.
DünyaPezeşkiandan diqqətçəkən paylaşım: "İran uğrunda həyatımı qurban verməyə hazıram"
İran Prezidenti Məsud Pezeşkian ölkəsi uğrunda həyatını qurban verməyə hazır olduğunu bəyan edib.