
Pentaqon "Scale AI" şirkəti ilə 500 milyon dollarlıq müqavilə imzaladı
ABŞ-nin Hərb Nazirliyi ilə "Scale AI" şirkəti 500 milyon dollarlıq müqavilə imzalayıblar.
ABŞ-nin Hərb Nazirliyi ilə "Scale AI" şirkəti 500 milyon dollarlıq müqavilə imzalayıblar.
Gundem.today-ın xəbərinə görə, bu barədə "Bloomberg" məlumat verib.
Agentliyin bildirdiyinə görə, Pentaqon ümid edir ki, "Scale AI" ilə əməkdaşlıq məlumatların emalı və qərar qəbuletmə proseslərinin sadələşdirilməsinə kömək edəcək. Qeyd edilib ki, saziş "Scale AI"nin 2025-ci ilin sentyabrında Pentaqondan aldığı müqavilənin beş misli qədərdir. Şirkətin dövlət sektoru ilə iş üzrə rəhbəri Den Tadrossun sözlərinə görə, yeni müqavilə sübut edir ki, nazirlik bu texnologiyanı tətbiq etməyə çalışır.
"Bloomberg" xatırladıb ki, yanvar ayında Pentaqon rəhbəri Pit Heqset daha çox süni intellekt əsaslı alətlər tətbiq etmək və onların tətbiqi yolunda bürokratik maneələri aradan qaldırmaq niyyətində olduğunu bəyan edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də məxfi məlumatlara pul qoyuluşu qalmaqalı: Diplomatlara ciddi xəbərdarlıq olundu
ABŞ Dövlət Departamenti amerikalı diplomatlara məxfi məlumatlardan bukmeyker kontorlarında mərc etmək üçün istifadənin yolverilməz olduğunu xatırladıb.
DünyaTramp ABŞ-nin yeni antiterror strategiyasını təsdiqləyib
ABŞ dövlət başçısı Donald Tramp hökumətin başlıca hədəfi kimi narkotik kartellərinin sıradan çıxarılmasını nəzərdə tutan yeni antiterror strategiyasına razılıq verib.
DünyaNeft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI
ABŞ-İran sülh danışıqlarında irəliləyişlər barədə xəbərlər fonunda kəskin enişdən sonra neft qiymətləri cüzi yüksəlib.
DünyaKİV: ABŞ İrandan uran zənginləşdirməsini 20 il müddətinə dayandırmağı tələb edir
Rəsmi Vaşinqton İranın 20 il ərzində uran zənginləşdirməsindən imtina etməsini istəyir.