
KİV: ABŞ İrandan uran zənginləşdirməsini 20 il müddətinə dayandırmağı tələb edir
Rəsmi Vaşinqton İranın 20 il ərzində uran zənginləşdirməsindən imtina etməsini istəyir.
Rəsmi Vaşinqton İranın 20 il ərzində uran zənginləşdirməsindən imtina etməsini istəyir.
Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb.
"ABŞ İranda uran zənginləşdirməsinə 20 illik moratorium tətbiqinə nail olmağa çalışır və İslam Respublikasındakı bütün zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasını tələb edir.
ABŞ Administrasiyası həmçinin İsfahanda, Natanzda və Fordoda nüvə obyektlərinin sökülməsini, nüvə proqramı çərçivəsində yeraltı işlərin qadağan olunmasını və yoxlamaların aparılmasını tələb edir", - deyə nəşrdə yayılan məlumatda bildirilib.
Daha əvvəl CNN telekanalı da mənbələrinə istinadən Vaşinqton və Tehranın İranda uran zənginləşdirməsinə 10 ildən çox müddətə moratorium elan edilməsi ehtimalını müzakirə etdiyini xəbər vermişdi.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNeft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI
ABŞ-İran sülh danışıqlarında irəliləyişlər barədə xəbərlər fonunda kəskin enişdən sonra neft qiymətləri cüzi yüksəlib.
DünyaMelani Qugelmann: "İsveçrə ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır"
"İsveçrə hökuməti ABŞ və İran arasındakı münaqişənin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır".
DünyaSinqapurda intizamı pozan məktəblilərə QEYRİ-ADİ CƏZA
Sinqapurun orta məktəblərində intizamı pozan oğlan şagirdlər üçün sərt fiziki cəzaları nəzərdə tutan yeni qaydalar qüvvəyə minib.
DünyaAvropada İLK - 1.99 avroya sürücüsüz səyahət
Xorvatiyanın paytaxtı Zaqrebdə Avropanın ilk kommersiya robotaksi xidməti fəaliyyətə başlayıb.