
Pentaqon Yaxın Şərqə xüsusi təyinatlılar göndərib: Hörmüz boğazı və İsfahan hədəfdədir
İsrail Hörmüz boğazı və Xarq da daxil olmaqla Fars körfəzindəki İran adaları barədə kəşfiyyat məlumatlarını ABŞ-yə təqdim edib.
İsrail Hörmüz boğazı və Xarq da daxil olmaqla Fars körfəzindəki İran adaları barədə kəşfiyyat məlumatlarını ABŞ-yə təqdim edib.
Gundem.today xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri İsrail hərbi mənbələrinə istinadən məlumat yayıb.
CNN xəbər yayıb ki, martın 29-da ABŞ-nin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və bu ölkənin digər yüksəkrütbəli generalları ilə planlaşdırılmamış görüş keçirib.
"The New York Times" qəzetinin məlumatına görə, Pentaqon artıq Yaxın Şərqə bir neçə yüz xüsusi əməliyyat qüvvəsi göndərib.
Nəşrin mənbələri bildiriblər ki, bu bölmələr regiona gələn dəniz piyadaları və desantlara qoşulacaqlar.
Qəzetin mənbələri hesab edirlər ki, xüsusi təyinatlı qüvvələr desantlar və dəniz piyadaları ilə birlikdə İranın faktiki olaraq bağladığı Hörmüz boğazının müdafiəsi, eləcə də Xarq adasının ələ keçirilməsi əməliyyatlarına cəlb oluna bilərlər.
Bundan əlavə, xüsusi təyinatlıların İsfahandakı nüvə obyektində yüksək dərəcədə zənginləşdirilmiş uranın ələ keçirilməsi əməliyyatına qoşulması gözlənilir.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaErmənistanın malları onu tanımayan ölkədə ilişdi
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Ermənistana gedən təxminən 400 000 dollar dəyərində yük konteyneri Pakistanda saxlanılıb.
Dünyaİran NPT-dən çıxır? - VİDEO
"İranla ABŞ-İsrail koalisiyası arasında müharibə uzandıqca, ağır zərbələrə və ciddi itkilərə məruz qalan Tehran bilavasitə hərbi müqavimət göstərməklə yanaşı, özünü qorumaq üçün əlavə təsir və təzyiq rıçaqlarını da işə salmağa çalışır. Bunlardan birincisi Hörmüz boğazının bağlanması olub ki, hələlik özünün qlobal iqtisadi təsirləri baxımından İran hakimiyyətinin hədəflərinə uyğun nəticələr verməkdədir. Lakin ABŞ və İsrail qüvvələrinin İran ərazisinə hücumlarının daha şiddətli xarakter aldığı son
Dünyaİran İsraili yenidən vurdu: 10 nəfər yaralandı - VİDEO
İran İsrailə doğru yeni raketlər atıb.
DünyaKəşfiyyatçılar Trampa İranın planları barədə hansı məlumatı ötürüblər?
"ABŞ-nin kəşfiyyat rəsmilərinin qənaətinə görə, İran Vaşinqton administrasiyasının təhdidlərinə cavab verməyəcək".