Son dəqiqə
Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Pentaqonda qalmaqal: Heqset ilə Driskoll arasında gərginlik artır
Pentaqonda qalmaqal: Heqset ilə Driskoll arasında gərginlik artır
Dünya

Pentaqonda qalmaqal: Heqset ilə Driskoll arasında gərginlik artır

20 aprel 2026
14:14
0 baxış
Paylaş:

"ABŞ-nin hərb naziri Pit Heqset Donald Trampın onu vəzifədən kənarlaşdıraraq Pentaqon rəhbəri postuna quru qoşunları naziri Daniel Driskollun namizədliyini irəli sürə biləcəyindən narahatdır".

"ABŞ-nin hərb naziri Pit Heqset Donald Trampın onu vəzifədən kənarlaşdıraraq Pentaqon rəhbəri postuna quru qoşunları naziri Daniel Driskollun namizədliyini irəli sürə biləcəyindən narahatdır".

Gundem.today xəbər verir ki, bu barədə özəl mənbələrinə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Nəşrdə qeyd olunub ki, Pentaqon rəhbəri uzun müddətdir ordunun gündəlik həyatı, avadanlıq tədarükü və maliyyə məsələlərinə cavabdeh olan quru qoşunları naziri ilə açıq şəkildə savaş halındadır. Belə ki, nəşrin məlumatına görə, hələ 2025-ci ilin əvvəllərində Driskoll Heqsetin otağına daxil olaraq ordu islahatlarına dair müzakirə aparmaq məqsədilə Vens və Trampın hərbçilərlə görüşünün təşkilini təklif edib.

Nazir isə Driskolla qışqırmağa başlayıb, burada əsas şəxsin özü olduğunu bildirib və ona səlahiyyət çərçivəsindən kənara çıxmamağı əmr edib.

Bu hadisədən sonra onlar arasında daha bir neçə dəfə münaqişə yaşayıb. Nümunə olaraq, Pentaqon rəhbəri Driskoll məzuniyyətdə olarkən qərargah rəisi Rendi Corcu və daha iki generalı - Devid Hadni və Uilyam Qrini vəzifələrindən azad edib.

Daha əvvəl "The Washington Post" qəzetinin verdiyi məlumata görə, Heqset Driskollu işdən çıxara bilmir və buna görə də onun həyatını "cəhənnəmə çevirməyi" planlaşdırır. Hərb naziri bu mövqeyinə görə dəfələrlə tənqidlərə məruz qalıb.

Qeyd olunub ki, noyabr ayında Tramp Driskollu Ukrayna üzrə nizamlanma nümayəndə heyətinin tərkibinə daxil edib. Sözügedən tapşırığın icrası üçün nəyə görə Heqsetin deyil, məhz Driskollun seçilməsi Pentaqon rəhbərliyində xeyli sual yaradıb. WSJ-nin mənbələrinin bildirdiyinə görə, həmin vaxt hərb naziri Ağ Evin Driskollu danışıqlardan kənarlaşdırmasını istədiyini söyləyib. Bununla belə, Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell əmin edib ki, Heqset ordu naziri də daxil olmaqla, bütün silahlı qüvvələr növlərinin rəhbərləri ilə mükəmməl işgüzar münasibətlərə malikdir. Nəşrin məlumatına əsasən, Driskollun mümkün istefası halında Heqset Parnelli ordu naziri vəzifəsinə təyin etməyi planlaşdırırmış.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Pit_Heqset#Daniel_Driskoll#Donald_Tramp#Pentaqon#ABŞ_Müdafiə_Nazirliyi#ABŞ_Ordusu#Quru_Qoşunları#siyasi_münaqişə#The_Wall_Street_Journal#Cey_Di_Vens#Şon_Parnell

Oxşar Xəbərlər

Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilibDünya

Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib

ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.

Dünən
18:280
Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTODünya

Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO

ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.

Dünən
18:280
ABŞ-nin Kuba ilə bağlı planı bəlli olduDünya

ABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu

"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".

Dünən
18:080
ABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıbDünya

ABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb

Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.

Dünən
17:520