Son dəqiqə
Elçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilirŞirvanda narkotik satan 5 nəfər TUTULDUHikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb - FOTOİran hava məkanını qismən AÇDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Polis, lalələr və "influenserlər"
Polis, lalələr və "influenserlər"
Cəmiyyət

Polis, lalələr və "influenserlər"

15 aprel 2026
13:32
0 baxış
Paylaş:

Kubra Məhərrəmova yazır...

Kubra Məhərrəmova yazır...

Elə bilirsən serialdır, amma yox, bu, serial deyil, bizim gündəliyimizdir. Real hadisədən danışıram...

Gəlin əvvəldən başlayaq.

Nə qədər ütülü cümlələr qursaq da, "günü-gündən gözəlləşən Bakımızın" üzünə yenə şillə vurdular.

Həyasızcasına, tərbiyəsizcəsinə, əxlaqsızcasına Bakının üz-gözünü cırdılar.

Söhbət Dənizkənarı Milli Parkda gülləri əzərək foto və videolar çəkdirən "influenserlər"dən, "like" və reklam xətrinə bütün qaydaları tapdalayanlardan gedir.

Hadisə baş verəndən sonra yayımlanan o reportaj yəqin yadınızdadır, bir qadın deyir ki, "elə bil əraziyə inək girib, hər tərəfi tapdalayıb".

Amma xanım yanılmışdı, inəyin bulvarda nə işi var ki? Amma paralel dünyada və kvant sıçrayışlarını nəzərə alsaq belə bir hadisənin baş verməsinə daha çox inanmaq istərdim, nəinki bu hadisənin bir qrup gənc "influenser"in etməsinə.

Təəssüflər olsun ki, reportajdakı xanım yanılmışdı və əslində heyvanlara qarşı haqsızlıq etmişdi. Çünki heyvan instinkti ilə hərəkət edir, bu "influenserlər" isə şüurlu şəkildə, bəzənib-düzənib, kameranı qurub, sonra o güllərin evini yıxıblar.

Amma bir şeyi unudublar ki, onları öz şəxsi kameralarından başqa, Daxili İşlər Nazirliyinin (DİN) də kameraları çəkir. Çox keçmədən polisin müdaxiləsi və araşdırmasında sonra, gündəm qəhrəmanları üzə çıxdılar.

Lap mahnıdakı kimi,

"Yazın əvvəlində, Gəncə çölündə,

Çıxıblar yenə də dizə lalələr, dizə lalələr".

Bu dəfə düzə "influenserlər"in siyahısı yayımlandı. Əslində çox gözəl və alqışlanmalı haldır. Xalq, öz "qəhrəmanlarını" tanımalıdır.

Lakin siyahıda daha maraqlı bir detal var, bəzilərinin adları naməlum qalıb. Yəni onların şəxsiyyət vəsiqəsi yoxdur, yoxsa necə?

Siyahını təqdim edirəm:

Selcan Vəlizadə (Seljanvalizada);

Lala Babayeva (lalabva1);

Ad-soyad bəlli deyil - (ismiiilaa);

Ad-soyad bəlli deyil - (Sada);

Nərmin Musayeva (Naramsyv);

Həmayıl Ələsgərova (Həmayıl).

Açığı bu hərəkətin zərif cinsin nümayəndələrinin etməsi heç vaxt ağlıma gəlməzdi.

Amma və lakin məlum oldu ki, gülləri tapdalayan da, vandalizm aktını həyata keçirənlər də məhz bu xanımlardır. Bütün günü qlamur məkanlarda kofe içən, "make up", incəlik, "dişil enerji" videoları paylaşanlar sən demə, fenomenal tapdalama keyfiyyətinə malik imişlər. Məqsəd "like" və baxışdırsa, hər şeyi tapdalamaq olar, lazım gəlsə, üstündən keçmək də...

Buradan bir haşiyə çıxmaq istərdim. Əgər bu tərbiyəsizliyin arxasından kişi və ya bir qrup kişi çıxsaydı, gənc oğlanlar olsaydı bütün sosial media, elə bu "influenserlər", onların rəfiqələri, fanatları haray salardılar ki, "ay camaat, kişilər vəhşidirlər! Onları tonqalda yandırmaq lazımdır! Yazıq lalələri nə günə salıblar".

Hələ "pray for lalə" heşteqi də açardılar. Ya da daha nəsə ağılsız şey tapıb, damğalayardılar. Fantaziyam çatmadı təsvir etməyə.

Bəs, niyə eyni reaksiya bu "influenserlər"ə qarşı sərgilənmir? Cəmiyyət niyə hadisəyə yox, hadisəni edənə reaksiya verir? Bir daha qeyd edirəm, bunu kişi cinsinin nümayəndəsi etsəydi, təsəvvür edirəm sosial şəbəkədəki "ah-naləni".

Yoxsa, başqa məsələ və səbəb var?

Niyə cərimə olunmayıblar? Hər bir lalənin əkilməsi üçün şəxsən mənim vergimdən formalaşan büdcədən pul ayrılıb. Yeri gəlmişkən, bloqerlər guya vergi ödəyəcəkdilər, o məsələ necə oldu? Lalələr kimi əzib keçdilər üstündən?

Niyə hələ onları - "bloqerləri" müdafiə edənlər hələ də var? Görəsən cəmiyyətə nə boyda qatqıları var ki, hələ də "toxunulmazlıq" statusları var?!

Ölkənin bayrağını sinəyə sıxmaqla, orada-burada şəkil şəkdirməklə, Vətən olmur! Yalandan pafoslu cümlələri paylaşmaqla da Vətən olmur.

İsa İsmayılzadə deyir ki,

Adına, özünə vətən deyirəm

Çölünə, düzünə vətən deyirəm...

Yəni şair demək istəyir ki, Vətənin hər daşı, hər qarışı əzizdir.

Amma onu da dəqiq bilirəm ki, bu "influenserlər"in şeirdən, ədəbiyyatdan, mədəniyyətdən heç xəbərləri də yoxdur, nəinki müəllifdən. Onlar üçün şeir hansısa kədərli videonun altına yazılan "mənalı" statusdur, şair isə kəşfiyyatlarına ("explore") düşməyən bir "naməlum" şəxs.

Uzun sözün qısası, deyirəm bu cür Vətənin ola, "vətəndaşların" isə belə bivec... Can, ay Vətən!

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Kubra_Məhərrəmova#Bakı#Daxili_İşlər_Nazirliyi_(DİN)#Gəncə_şəhəri#Əxlaqsızlığın_təbliği

Oxşar Xəbərlər

Nazirlikdən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏTCəmiyyət

Nazirlikdən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hün

Bu gün
11:500
General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDICəmiyyət

General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.

Bu gün
11:080
Hava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏTCəmiyyət

Hava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.

Bu gün
10:460
"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEOCəmiyyət

"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEO

Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.

Bu gün
09:440