Son dəqiqə
Səhərlər beyin fəaliyyətini necə artırmaq olar?İllər sürən həsrətin sonu: Xocavənd, Qırmızı Bazar və Xanoba bu gün əzəli sahiblərini qarşılayır - VİDEO"Həyat yoldaşıma bu günü görmək nəsib olmadı" - Xanobaya köçən sakinin duyğulu anlarıTürkiyədə ağlagəlməz hadisə: Gənə dişləməsi 21 yaşlı gəncin ölümünə səbəb olduSürücülərin NƏZƏRİNƏ: Əyləc sisteminin ömrünü azaldan gizli amillərQarabağa qayıdan keçmiş məcburi köçkün: "35 il idarədə yaşamışıq"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Prezident "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib - FOTO
Prezident "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib - FOTO
Siyasət

Prezident "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib - FOTO

25 mart 2026
08:55
2 baxış
Paylaş:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verdi.

Qeyd edək ki, Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına əsasən "AzərEnerji" ASC tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına iki əsas yarımstansiyada - 500 kV-luq "Abşeron" və 220 kV-luq "Ağdaş" yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb. Belə miqyasda bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda ilkdir.

Layihə çərçivəsində "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin (ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib.

Batareya Enerji Saxlanc Mərkəzi çevikliyi ilə seçilir. Belə ki, onlar 2 saat ərzində tam doldurula və ya boşaldıla bilər. Artıq enerji, o cümlədən günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda - enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Bir sözlə, bu sistemlər enerjini yığıb saxlayır, lazım gəldikdə isə onu istifadəyə yönəldir.

Belə Mərkəzin tətbiqi enerji şəbəkəsinə bir çox üstünlüklər verir. Məsələn, SCADA sistemi ilə enerji sisteminə real vaxt rejimində nəzarət olunur, şəbəkədə sabitlik, o cümlədən tezlik və gərginlik qorunur, qəfil enerji çatışmazlıqları avtomatik tənzimlənir, qəzaların təsiri azalır və sistem daha etibarlı olur. Bundan başqa, pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır, Günəş və külək enerjisindəki fasilələrin təsiri azalır, enerji sisteminin sıfırdan bərpası mümkün olur. Eyni zamanda, Günəş batan saatlarda yük dəyişiklikləri daha rahat idarə edilir.

Bir sözlə, Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması Azərbaycanın enerji sistemini daha müasir, çevik və dayanıqlı edir. Xüsusilə Günəş və külək enerjisinin artdığı bir dövrdə bu cür saxlanc sistemləri gələcəyin enerji modelinin əsas hissəsi hesab olunur.

"Abşeron" Batareya Enerji Saxlanc Mərkəzində bu sistemləri idarə etmək üçün xüsusi mərkəz yaradılıb.

Ərazidə müasir idarəetmə binası tikilib, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Dövlətimizin başçısına bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası və enerjisistemin rəqəmsal transformasiyası haqqında da məlumat verildi.

Bildirildi ki, yaxın perspektivdə böyükhəcmli bərpaolunan enerji mənbələri enerjisistemə inteqrasiya ediləcək və 2028-ci ildə ümumilikdə 2100 MVt-dan çox yaşıl enerji artıq şəbəkədə olacaq.

Bütün bunlar nəzərə alınaraq Azərbaycanda tikilən 2 GVt bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, Bakının, o cümlədən Ələt Azad İqtisadi Zonasının enerji təchizatında yaşıl enerji payını yüksəltmək, 500/330 kV-luq "Nəvahi Yaşıl Enerji" qovşağını ölkə enerjisistemi ilə birbaşa tam əlaqələndirməklə onu əsas qovşaq yarımstansiyalarından birinə çevirmək üçün icra edilən "AZURE" layihəsi çərçivəsində işlərin əsas mərhələsi artıq yekunlaşıb.

Layihə çərçivəsində "Nəvahi" yarımstansiyasına "Abşeron" yarımstansiyasından 65 kilometr məsafədə 500 kV-luq, "Bankə" və "Biləsuvar" Günəş Elektrik stansiyalarından isə ümumilikdə 181 kilometr məsafədə 330 kV-luq ötürmə xətləri çəkilib. Perspektivdə "Nəvahi" yarımstansiyasına Mingəçevirdən 235 kilometr 500 kV-luq, Qobu, Ələt və Qobustandan isə ümumilikdə 103 kilometr 330 kV-luq ötürmə xətlərinin çəkilişi nəzərdə tutulur.

Son 7 ildə 4700 kilometr fiber-optik kabel infrastrukturu yaradılıb, 550-dən çox enerji obyektini əhatə edən mərkəzi SCADA sistemi qurulub.

Enerjisistemdə onlayn diaqnostika texnologiyaları (AGC, WAMS/WACS), süni intellekt əsaslı qəza proqnozlaşdırma və diaqnostika sistemləri tətbiq olunur. Günəş və külək stansiyaları üçün yüksəkdəqiqlikli proqnozlaşdırma sistemi hazırlanır.

"AzərEnerji" ASC-nin daxili strukturunda enerjisistemin tam avtomatlaşdırılmış idarə edilməsi məqsədilə Rəqəmsal İdarəetmə Departamenti yaradılıb.

Elektrik enerjisi istehlakının 2032-ci ilədək təxminən 17 faiz artacağı proqnozlaşdırılır. Həmin dövrədək 8 GVt BOEM gücləri yaradılacaq.

Yaşıl enerjinin Qara dəniz kabeli, regional enerji dəhlizləri və digər layihələr vasitəsilə Avropa bazarlarına ixracı əsas hədəfdir. Qara dəniz kabelinin 1300 MVt yaşıl enerjiötürmə imkanı olacaq.

Dövlətimizin başçısı "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışını bildirən düyməni basdı.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

İllər sürən həsrətin sonu: Xocavənd, Qırmızı Bazar və Xanoba bu gün əzəli sahiblərini qarşılayır - VİDEOSiyasət

İllər sürən həsrətin sonu: Xocavənd, Qırmızı Bazar və Xanoba bu gün əzəli sahiblərini qarşılayır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bu gün
06:590
"Həyat yoldaşıma bu günü görmək nəsib olmadı" - Xanobaya köçən sakinin duyğulu anlarıSiyasət

"Həyat yoldaşıma bu günü görmək nəsib olmadı" - Xanobaya köçən sakinin duyğulu anları

"Doğma yurdumuza qayıtdığımız üçün çox sevincliyik".

Bu gün
06:550
Qarabağa qayıdan keçmiş məcburi köçkün: "35 il idarədə yaşamışıq"Siyasət

Qarabağa qayıdan keçmiş məcburi köçkün: "35 il idarədə yaşamışıq"

"35 il idi ki, ev üzü görməmişdik. İdarədə yaşamışdıq".

Bu gün
06:200
ABŞ-İran böhranında yeni mərhələ: Moskva oyuna daxil olur - VİDEOSiyasət

ABŞ-İran böhranında yeni mərhələ: Moskva oyuna daxil olur - VİDEO

Vaşinqton-Tehran gərginliyinin fonunda İranın xarici işlər naziri Abbas Əraqçı Pakistan və Omana kritik səfərlər həyata keçirib. Hazırda isə diplomat Rusiyadadır.

Bu gün
01:420