Son dəqiqə
"Santos"da şok qalmaqal: Neymar məşqdə Robinyonun oğlunu vurdu"İran Hörmüzdən keçən tankerə PUA-larla hücum edib" - BƏƏ-dən bəyanatCENTCOM-dan ABŞ gəmisinin vurulmasına REAKSİYAQlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏBABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndü"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. "Prokurorsayağı" cinayət: Erməni lobbisinin maliyyələşdirdiyi böhtan kampaniyasının PƏRDƏARXASI - FOTO
"Prokurorsayağı" cinayət: Erməni lobbisinin maliyyələşdirdiyi böhtan kampaniyasının PƏRDƏARXASI - FOTO
Siyasət

"Prokurorsayağı" cinayət: Erməni lobbisinin maliyyələşdirdiyi böhtan kampaniyasının PƏRDƏARXASI - FOTO

Bu gün
14:26
0 baxış
Paylaş:

"Sabiq prokuror Luis Moreno Okamponun erməni lobbisinin maliyyəsi ilə layihələr icra etməsi artıq məlumdur. O, sosial mediada qarayaxma kampaniyalarının təşkili ilə bağlı təcrübələrini COP29 zamanı da ölkəmizə qarşı tətbiq edib. Kampaniyanın əsas məqsədləri dövlətimizin nüfuzunu aşağı salmaq, tədbirin Bakıda keçirilməsinin qarşısını almaq, xarici ölkə rəsmilərini iştirakdan çəkindirmək, Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək və ölkəmizdə həbsdə olan erməni əsilli müharibə c

"Sabiq prokuror Luis Moreno Okamponun erməni lobbisinin maliyyəsi ilə layihələr icra etməsi artıq məlumdur. O, sosial mediada qarayaxma kampaniyalarının təşkili ilə bağlı təcrübələrini COP29 zamanı da ölkəmizə qarşı tətbiq edib. Kampaniyanın əsas məqsədləri dövlətimizin nüfuzunu aşağı salmaq, tədbirin Bakıda keçirilməsinin qarşısını almaq, xarici ölkə rəsmilərini iştirakdan çəkindirmək, Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək və ölkəmizdə həbsdə olan erməni əsilli müharibə cinayətkarlarının azad olunmasına nail olmaq idi".

Bu fikirləri Gundem.today-a açıqlamasında deputat Pərvanə Vəliyeva Okamponun Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını şərh edərkən deyib.

O bildirib ki, kampaniya öncədən müəyyən edilmiş saatlarda, hazır materiallar, tezislər üzrə mütəmadi aparılırdı:

"Bu da sistemli və şəbəkələşmiş yanaşmanın əsas sübutu idi. Bunun digər bariz sübutları Okamponun hər hansı "X" postunu paylaşarkən mesaj qutusuna avtomatik olaraq kampaniyada fəaliyyətlə bağlı sistemli iştirak üçün hansı mərhələ və istiqamətlərdən - həştəqlərdən, ifadələrdən, mesajlardan istifadə olunmasına, əlavə olaraq digər "tapşırıqlar" göndərilməsinə dair idi. Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo şəbəkədə əsas görünən üz, tezislərin hazırlanmasında və paylanmasında ön cəbhədə iştirak edən şəxsdir. O, 6 sentyabr 2024-cü ildə "armenianweekly.com" vebsaytına verdiyi eksklüziv müsahibədə bir qrup erməni əsilli şəxsin ona bu kampaniyaya başçılıq üçün dəvət göndərdiyini etiraf etmişdi. Okamponu birbaşa bu kampaniyaya rəhbərliyə dəvət edən Mario Nalpatian olub".

Deputatın sözlərinə görə, Mario Nalpatian Daşnaksütyun partiyasının üzvü, ANCA təşkilatının vitse-prezidentidir:

"Bu da özlüyündə Okamponun birbaşa ANCAdan tapşırıq aldığını və separatizmi dəstəklədiyini sübut edir. Rəqəmsal dünya necə döyüş meydanına çevrildi? Xarici qüvvələr bilir ki, bu gün ölkələrdə ictimai rəyə təsir etmək çətin deyil. Sadəcə sosial mediada süni intellekt botları ilə o ölkənin daxilində həssas mövzuları qızışdırırlar. İnsanları bir-birinə düşmən edirlər. Alqoritmlər isə onsuz da insanı ən çox qəzəbləndirən məzmunu göstərməyə proqramlaşdırılıb. Beləliklə, ölkənin institutlarına inamı zəiflətməyə, ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bu gün tənzimlənməsi çox çətin olan süni intellektlə bu, mümkündür. Aydındır ki, Avropa Parlamenti daxilində üçüncü tərəflərin mövqelərini səsləndirən maraq qrupları və lobbiçilər fəaliyyət göstərir. Son illərdə baş vermiş müxtəlif korrupsiya qalmaqalları Avropa Parlamentində şəffaflıqla bağlı ciddi suallar doğurub".

P.Vəliyeva vurğulayıb ki, bu qalmaqallar fonunda diqqət çəkən məqam ondan ibarətdir ki, vaxtilə Azərbaycanı müəyyən məsələlər üzrə ittiham edən bəzi deputatlar sonradan özləri istintaqa cəlb olunublar:

"Bu faktlar institutun özünün etibarlılığını itirdiyini və daxildə müəyyən problemlərlə üzləşdiyini göstərir. Eyni zamanda, zaman-zaman Rusiya ilə şübhəli əlaqələrin ifşası bu qurumun nüfuzuna xələl gətirir. Bu gün seçici qarşısında heç bir məsuliyyəti olmayan, seçkidə uğursuz olmuş siyasətçilərin yığma komandası olan Avropa Parlamentinin də Okampo kimi siyasi alətlərlə iş birliyinin olması daha bir korrupsiya qalmaqalıdır. Avropa İttifaqına üzv ölkələr bu cür əməlləri qətiyyətlə qınamalı, Argentina parlamenti isə bu cür rüşvət cinayətlərinə qarışmış, digər dövlətlərin daxili işlərinə qarışmağa cəhd edən şəbəkənin baş icraçısı olan Argentina vətəndaşı Luis Moreno Okamponun əməllərinin araşdırılmasına çağırış etməlidir".

Deputat əlavə edib ki, süni zəka bu gün bir çox sahədə mütərəqqi asanlaşmanı gətirsə də, ondan dezinformasiyalar yaymaq, onu siyasi maraqların alətinə çevirmək, fərdi məlumatların konfidensiallığını pozmaq, elmi-tədqiqatları təhrif etmək kimi məqsədlər üçün də istifadə edənlər az deyil:

"Çünki süni intellektin hafizəsində olan informasiyanın 80%-i insanlar tərəfindən daxil edilir. Bu isə ölçülməsi daha çətin olan təhlükədir. Nə ölçülə bilinmirsə, onu nizamlamaq da mümkünsüz olur. Tarixi faktları daim saxtalaşdırmağa çalışan erməni diasporu və onların havadarları müxtəlif dillərdə süni intellektə həqiqətə uyğun olmayan məlumatlar daxil etməyə davam edirlər. Bu yöndə bizim elm adamlarımız, tarixçilərimiz fəal olmalıdır. Azərbaycan həqiqətlərinin əks olunduğu elmi araşdırmaların nəticələrini, xəritələri, toponimlərin tarixçəsini müxtəlif dillərdə rəqəmsal mühitdə, elektron jurnallarda əlçatan etməklə, süni intellektə düşünmək üçün daha çox mənbə verə bilərik".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Luis_Moreno_Okampo#COP29#erməni_lobbisi#qarayaxma_kampaniyası#Pərvanə_Vəliyeva#dezinformasiya#süni_intellekt#rəqəmsal_müharibə#Avropa_Parlamenti#ANCA#erməni_diasporu.

Oxşar Xəbərlər

Aranı qarışdıranlara SƏRT CAVAB: AP niyə Ermənistanı bəhanə edir? - VİDEOSiyasət

Aranı qarışdıranlara SƏRT CAVAB: AP niyə Ermənistanı bəhanə edir? - VİDEO

"Bu həftə Avropa Parlamenti Ermənistanda demokratik dayanıqlığı dəstəkləyən qətnamə qəbul etdi. Lap yaxşı. Elə biz özümüz də qonşu Ermənistanda demokratiyaya uzun ömür və can sağlığı arzulamağa, lazım olanda dəstək verməyə hazırıq".

Bu gün
15:380
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOSiyasət

Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir.

Bu gün
15:210
Dünya liderlərindən Azərbaycanla Ermənistan arasındakı sülhə dəstək mesajlarıSiyasət

Dünya liderlərindən Azərbaycanla Ermənistan arasındakı sülhə dəstək mesajları

İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı çərçivəsində bir sıra dünya liderləri Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dəstək mesajları veriblər.

Bu gün
15:170
İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ - FOTOSiyasət

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ - FOTO

Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib.

Bu gün
14:460