
"Qalatasaray"da casus qalmaqalı: Bazaya giriş qadağan edildi
Türkiyə Superliqasında çempionluq yarışının həlledici mərhələsində "Qalatasaray"da diqqətçəkən qadağa qüvvəyə minib.
Türkiyə Superliqasında çempionluq yarışının həlledici mərhələsində "Qalatasaray"da diqqətçəkən qadağa qüvvəyə minib.
Gundem.today-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bundan sonra komandanın təlim-məşq toplanışlarını keçirdiyi "Kəmərburqaz" bazasına kənar şəxslərin (eləcə də qonaqların - red.) buraxılmasına qəti şəkildə icazə verilməyəcək.
İddialara əsasən, bu sərt qərar birbaşa baş məşqçi Okan Burukun tələbi ilə qəbul edilib.
Xatırladaq ki, təcrübəli mütəxəssis "Göztəpə" ilə qarşılaşmadan sonra start heyətinin gizli yollarla mətbuata sızdırılmasından ciddi şəkildə narahatlığını ifadə etmişdi.
Eyni zamanda, klub rəhbərliyi həlledici oyunlar ərəfəsində futbolçuların motivasiyasını üst səviyyəyə qaldırmaq üçün hərəkətə keçib. Belə ki, cari mövsüm üçün vəd edilən bütün mükafatların yaxın vaxtlarda oyunçuların hesabına köçürüləcəyi rəsmən açıqlanıb.
Qeyd edək ki, hazırda "Qalatasaray" 68 xalla Türkiyə Superliqasının vahid lideridir. "Sarı-qırmızılar"ın ən yaxın izləyiciləri isə 66 xalla "Fənərbağça" və 64 xala malik "Trabzonspor" klublarıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanMübahisəli oyundan sonra nazirdən maraqlı paylaşım: "Neftçi"yə dəstək, yoxsa eyham? - VİDEO
Elm və təhsil naziri, "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
İdmanQadınlardan ibarət Azərbaycan millisi bu gün Andorra ilə üz-üzə gələcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirəcək.
İdmanPremyer Liqanın XXVIII turu: "Qarabağ" "Sabah"a qarşı
Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.
İdmanPremyer Liqanın XXVIII turu: "Qarabağ" lider "Sabah"a qarşı
Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.