
Qara Qarayev prospektində sıxlığı azaldacaq TƏKLİF: Sürücülərin işi asanlaşacaq - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Bəhruz Nuriyev küçəsində, Heydər Əliyev parkı ətrafında yol hərəkətinin təşkili ilə bağlı mövcud problemlər və onların alternativ həlli yollarından bəhs edilib.
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Bəhruz Nuriyev küçəsində, Heydər Əliyev parkı ətrafında yol hərəkətinin təşkili ilə bağlı mövcud problemlər və onların alternativ həlli yollarından bəhs edilib.
Bildirilib ki, qeyd olunan küçə ilə hərəkət edən avtomobillər parkın əks tərəfinə keçmək üçün iki işıqfor və üç kəsişmədən keçmək məcburiyyətində qalırlar.
Qeyd edilib ki, problemin kifayət qədər sadə həlli yolu mövcuddur. Belə ki, yük avtomobillərinin zəbt etdiyi ərazidən geridönmə yeri təşkil etmək olar. Bu metodun uğurlu nümunələri artıq paytaxtın bir neçə nöqtəsində - Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsi, Şəmsi Bədəlbəyli küçəsi, eləcə də Qış parkının ətrafında tətbiq edilib.
Əlavə edilib ki, Bəhruz Nuriyev küçəsində hərəkətin bu qaydada yenidən təşkili Qara Qarayev prospektindəki ümumi yüklənməni azaldacaq və ərazidə qəza riskini minimuma endirəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Anamı harada itirdiyimi bilmirəm" - Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI - VİDEO
2025-ci ilin noyabr ayında paytaxtın Yasamal rayonunda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin anası Mayquba Hümbətova Baku TV-nin "Arzunun vaxtı" verilişində qızı barədə xatirələrini bölüşüb.
CəmiyyətQərbi azərbaycanlıların qayıdış hüququna həsr olunmuş konfrans keçirilib
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Davamlı sülh və qaçqınların qayıdış hüququ: Beynəlxalq hüququn rolu" mövzusunda beynəlxalq hibrid konfrans keçirilib.
CəmiyyətEldar Rəsulov: "WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq"
"WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq".
CəmiyyətKürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı
Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun üç kəndində pay torpaq sahələrinin su altında qalmasına səbəb olub.