
Qazaxda TIR-a çırpılan avtomobildə xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (bir kişi, iki qadın) aprelin 20-də saat 01:00 -da Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Hər birinə zəruri tibbi xidmət göstərilib. Bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin olunan iki nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir və vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Xəsarət alan daha bir nəfər isə (qadın) ilkin tibbi xidmət göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qazax rayon sakini - 2006-cı il təvəllüdlü R.Hacımahmudov atasına məxsus "Mercedes "markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında dayanan İran vətəndaşı, 1995-ci il təvəllüdlü E.Amirdirə məxsus "Volvo" markalı TIR-a çırpılıb. Nəticədə minik maşını deformasiyaya uğrayıb.
Qəza zamanı R.Hacımahmudov, onun sərnişinləri - 2010-cu il təvəllüdlü G.Məmmədova və 1998-ci il təvəllüdlü V.Göyüşova xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.
G.Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, minik maşınının sürücüsü toydan qayıdan zaman qəza törədib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYüksək dağlıq ərazilərə sulu qar yağıb - FAKTİKİ HAVA
Aprelin 24-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb.
CəmiyyətAilə başçısını itirməyə görə pensiya və müavinət alanların SAYI AÇIQLANDI
Bu ilin mart ayında Azərbaycanda ailə başçısını itirməyə görə 192 913 nəfər şəxsə pensiya və müavinət ödənilib.
CəmiyyətTovuzda ailəsi tərəfindən atılmış üç azyaşlı uşaq evinə yerləşdirildi
Tovuz rayonunda valideynlərinin imtina etdiyi üç uşaq Şəkidəki uşaq evinə yerləşdirilib.
CəmiyyətXətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı - VİDEO
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında yolun zəbt olunması və ərazidə qanunsuz tikinti iddiası ilə bağlı polis açıqlama verib.