
Xətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı - VİDEO
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında yolun zəbt olunması və ərazidə qanunsuz tikinti iddiası ilə bağlı polis açıqlama verib.
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında yolun zəbt olunması və ərazidə qanunsuz tikinti iddiası ilə bağlı polis açıqlama verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, Xətai Rayon Polis İdarəsinə vətəndaşların şikayətləri daxil olub.
Qeyd olunub ki, müraciət üzrə aidiyyəti qurumlarla birgə araşdırma aparılır.
Məhərrəm Əliyev
Sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları şikayətə görə, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında gediş-gəliş yolu zəbt olunub və ərazidə qanunsuz tikinti aparıldığı iddia edilir.
Sakinlərin sözlərinə görə, ərazidə aparılan işlər onların gündəlik hərəkətinə ciddi maneə yaradır.
"Qanunsuz olaraq gəlib yolları zəbt edirlər. Məktəbə uşaqları apara bilmirik. Hər iki məktəbin yolu bağlanır, metroya gedən yollar da tutulur. Bütün qurumlara müraciət etmişik, amma heç kim gəlmir. Deyir ki, 16 mərtəbəli bina tikəcək. Hətta bildirir ki, "şükür edin ki, sizə iki metr yol verirəm", - deyə sakinlərdən biri bildirib.
Digər şikayətçi isə məsələ ilə bağlı ziddiyyətli açıqlamalara diqqət çəkib.
"İcra hakimiyyətindən gələn nümayəndə deyib ki, biz icazə verməmişik. Amma axı ilkin sənədlər icra hakimiyyətindən alınır. Necə olur ki, icazə verilməyib, amma tikinti aparılır? Deyirlər ki, Əmlak Məsələləri Dövlət Xidməti icazə verib. Bəs həmin qurum gəlib baxmalı deyilmi ki, bu tikinti maneə yaradır, ya yox? Uşaqları səhər məktəbə aparmaqda çətinlik çəkirik", - deyə o qeyd edib.
Özünü ərazidə fəaliyyət göstərən "İnam 2019" MMC-nin iş icraçısı kimi təqdim edən Ramil Məcidov bildirib ki, sözügedən ərazidə yeni bina tikintisi deyil, köhnə kafenin bərpası nəzərdə tutulub. Onun sözlərinə görə, aparılan işlər çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə mühafizə zolağı yaradılır.
Məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən bildirilib ki, tikintiyə icazə verən qurum onlar deyil. Qeyd olunub ki, torpaq üzərində hər hansı tikinti aparmaq üçün müvafiq qurumların razılığı tələb olunur və torpağın çıxarışı olsa belə, tikinti mütləq şəkildə razılaşdırılmalıdır.
Xətai Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, sözügedən ərazi özəl mülkiyyətdir və icra hakimiyyətinin tikintiyə icazə vermək səlahiyyəti yoxdur.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə baxış keçirilib. Bildirilib ki, həmin ünvanda yalnız ərazinin hasarlanmasına cəhd olunub. Sakinlərin narazılığı əsasında yerli icra hakimiyyəti tərəfindən hasarlama işlərinin qarşısı alınıb. Hazırda ərazidə hər hansı tikinti-quraşdırma işləri aparılmır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTərtərdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Tərtər rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən fərdi sahibkar Əli Məhəmməd oğlu Nəbiyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
CəmiyyətDiplomatik xidmətə qəbulla bağlı YENİLİK tətbiq edildi
Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə müsabiqədə iştirak üçün müraciətlərə baxılması qaydalarında əlavə yenilik edilib.
CəmiyyətSosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? - VİDEO
Mənzil təminatı ilə bağlı qəbul olunan yeni sosial müdafiə yanaşmaları cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyadan olan vətəndaşlar dövlət tərəfindən mənzillə təmin olunurlar. Lakin bu hüququn yalnız bir dəfə həyata keçirilməsi və sonradan yarana biləcək əlavə ehtiyacların necə qarşılanacağı sual doğurur.
Cəmiyyət"Kompüter elmləri" ixtisasını hədəfləyən Emiliya repetitor yanına getmədən uğur qazandı - VİDEO
Repetitor köməyi olmadan yüksək nəticə əldə edən şagirdlərin sayı artmaqdadır. Budəfəki uğur hekayəsinin qəhrəmanı 11-ci sinif şagirdi Emiliya Qayıbovadır. O, buraxılış imtahanında göstərdiyi yüksək nəticə ilə təhsil aldığı məktəbin fəxrinə çevrilib.