
Fərhad Məmmədov: "Bakı ilə İrəvan arasında sülh razılaşması Cənubi Qafqaz üçün yeni imkanlar açır"
"2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və sülhə aparan addımların ardıcıllığı razılaşdırılıb".
"2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və sülhə aparan addımların ardıcıllığı razılaşdırılıb".
Gundem.today Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu mayın 5-də "İrəvan dialoqu - 2026" beynəlxalq konfransı zamanı azərbaycanlı politoloq Fərhad Məmmədov bildirib.
"Bu, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması üçün şərait yaradır. Beləliklə, Cənubi Qafqaz üçün yeni imkanlar açılır və region ölkələri dəyişikliklərin əsas hərəkətverici qüvvələri kimi çıxış edir", - F.Məmmədov qeyd edib.
O, eyni zamanda bildirib ki, Azərbaycan və Ermənistan ikitərəfli formatda danışıqlar aparır.
"Yalnız Bakı ilə İrəvanın razılığı ilə üçüncü ölkələr danışıqlar prosesinin müxtəlif istiqamətlərində iştirak edə bilər. Bu, yeni formuldur və mürəkkəb məsələlərin həllinə imkan verir, eyni zamanda xarici oyunçuların manipulyasiya imkanlarını minimuma endirir", - deyə F.Məmmədov fikrini belə yekunlaşdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAİ-Azərbaycan münasibətləri: Strateji maraqlar "qətnamə marafonu"na qarşı
Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamənin ömrü cəmi beş gün çəkdi.
SiyasətSiyasi kampaniyalar iflasa uğrayır: Aİ Azərbaycanla əməkdaşlığı dərinləşdirir
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri son illərdə formalaşan Avropa İttifaqı-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi siqnaldır. Bu səfər, xüsusilə də regionda dəyişən geosiyasi reallıqlar fonunda tərəflər arasında etimadın qorunduğunu və əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.
SiyasətAvropanın diqqəti Bakıda: Regionun açar dövləti Azərbaycandır
"Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın "Avropa Siyasi Birliyinin" İrəvanda keçirilən 8-ci Zirvə toplantısından dərhal sonra Bakıya gələrək Prezident İlham Əliyevlə görüşməsi regionun əsas dövlətinə - Azərbaycana olan münasibətin göstəricisidir".
SiyasətRusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"
"Müharibədən sonrakı mərhələdə Azərbaycan Ermənistanla münasibətlərdə ikitərəfli formatı üstün tutur".