Son dəqiqə
Bakıda evlərdən oğurluq edən "qonaq" və "usta" saxlanılıbGüclü külək əsəcəkBeynəlxalq sanksiyalar və İran: Tehran destruktiv siyasətini necə davam etdirir? - VİDEOAzərbaycanda hüquqi aktların Dövlət Reyestrinə daxil edilmə qaydasında DƏYİŞİKLİKBəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQBakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək - SİYAHI - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. "Report" UNEC Tədqiqat Fondu ilə birlikdə yeni analitik məhsul təqdim edir
"Report" UNEC Tədqiqat Fondu ilə birlikdə yeni analitik məhsul təqdim edir
Cəmiyyət

"Report" UNEC Tədqiqat Fondu ilə birlikdə yeni analitik məhsul təqdim edir

Bu gün
15:40
0 baxış
Paylaş:

"Global Media Group" və UNEC Tədqiqat Fondunun birgə əməkdaşlığı çərçivəsində "Report" İnformasiya Agentliyində yeni analitik layihənin icrasına başlanılıb.

"Global Media Group" və UNEC Tədqiqat Fondunun birgə əməkdaşlığı çərçivəsində "Report" İnformasiya Agentliyində yeni analitik layihənin icrasına başlanılıb.

Gundem.today xəbər verir ki, layihə çərçivəsində araşdırmalar dünyanın media nəhənglərinin uğurla tətbiq etdiyi "longread" (ingiliscə "uzun oxu") formatında təqdim ediləcək.

Yeni analitik məhsulda Azərbaycanda və dünyada gedən ən aktual proseslərin, milli və transmilli layihələrin geniş və hərtərəfli təhlili veriləcək.

Oxucular rahat və oxunaqlı üslubda hazırlanmış araşdırma yazıları ilə "Report"un saytında yaradılmış "Longread" modulunda tanış ola biləcəklər.

Məqalələrdə rəsmi statistika, dövlət qurumları və beynəlxalq təşkilatların məlumatları ilə yanaşı, ekspert rəyləri, foto və infoqrafika elementləri də əksini tapacaq. Layihə çərçivəsində həmçinin, aktual mövzular üzrə videomüsahibələr, podkastlar, videoreportajlar təqdim olunacaq.

Əsas məqsəd oxucuda seçilmiş mövzu haqqında tam və müfəssəl təsəvvür formalaşdırmaq, onu mövcud durum və proqnozlarla tanış etməkdir.

"Global Media Group" haqqında:

"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə ("Facebook" | "Instagram" | "LinkedIn" | "YouTube") müraciət edə bilərsiniz.

UNEC Tədqiqat Fondu haqqında:

UNEC Tədqiqat Fondu - müasir cəmiyyəti maraqlandıran sahələrdə tədqiqatlar təşkil edən tədqiqat, analitika və ekspert mərkəzidir.

Fondun fəaliyyəti, həmçinin, ekspertizaların həyata keçirilməsini, məsləhət xidmətlərinin göstərilməsini, forsaytinq və proqnozlaşdırmanı, profil tədbirlərinin təşkilini də əhatə edir.

UNEC Tədqiqat Fondu haqqında daha ətraflı məlumat əldə etmək üçün www.unectf.org veb-saytına müraciət edə bilərsiniz.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Report_İnformasiya_Agentliyi#Azərbaycan_Dövlət_İqtisad_Universiteti_(UNEC)

Oxşar Xəbərlər

Güclü külək əsəcəkCəmiyyət

Güclü külək əsəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu gün
16:360
Bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQCəmiyyət

Bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQ

Mayın 5-7-də Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu gün
16:240
Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək - SİYAHI - FOTOCəmiyyət

Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək - SİYAHI - FOTO

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.

Bu gün
16:210
Azərbaycanda bəzi cərimələr ləğv olunacaqCəmiyyət

Azərbaycanda bəzi cərimələr ləğv olunacaq

"Kənd təsərrüfatına mane olan yaşıllıqların götürülməsi üçün icazə tələbinin aradan qaldırılması təklifi qəbul edildikdə bu pozuntuya görə yazılmış, amma icra edilməyən cərimələrə də şamil olunacaq".

Bu gün
16:160