
Qəbiristanlığa atılan azyaşlının atası tapıldı
Abşeron rayonu ərazisində qəbiristanlıq ərazisinə atılan azyaşlının atası tapılıb.
Abşeron rayonu ərazisində qəbiristanlıq ərazisinə atılan azyaşlının atası tapılıb.
Bu barədə Gundem.today-a Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, həmin şəxsin uşaqla heç vaxt ünsiyyəti olmayıb:
"Burada bioloji atadan söhbət gedir. Onun uşaqla heç vaxt ünsiyyəti olmayıb. O, uşaq barəsində heç nə bilmir. Sadəcə şəkilini görüb. Bu şəxsi sığınacağa dəvət etmişik, gəldikdən sonra söhbət aparılacaq".
Xatırladaq ki, mayın 4-də "Fatimeyi-Zəhra" məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından 2 yaşlı oğlan uşağı tapılıb.
Onun anası müəyyənləşdirilib və dövlət qurumuna dəvət olunub. Lakin ana övladından imtina edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNurlan Fətəliyevə yeni vəzifə verildi
Naxçıvan Muxtar Respublikası (MR) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
CəmiyyətLənkəranda ərzaq mağazasında yararsız məhsullar aşkarlanıb - FOTO
Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən vəzifəli şəxs Cavid Aydın oğlu Nəsirova məxsus ərzaq mağazasında plandankənar yoxlama keçirilib.
CəmiyyətBakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldı - VİDEO
Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan bir qrup sakin Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, qəsəbə ərazisindəki qəbiristanlıqda son illərdə ciddi problem yaranıb.
CəmiyyətGecikdirilmiş 300 min manata yaxın vəsaitin işçilərə ödənilməsi təmin olunub
Yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 292.3 manat vəsaitin işçilərə vaxtında verilmədiyi müəyyən edilib.