Son dəqiqə
Ermənistan-Türkiyə sərhədinin açarı Bakıdadır: Regional siyasət Azərbaycanın diktəsi ilə formalaşır"Heydər Əliyev Kuboku-2026": Qız boksçulardan ibarət millimiz komanda hesabında birinci olduGəncədə qız qaçırmağa görə DAVA DÜŞDÜ - Xəsarət alanlar varİsrail İrana qarşı əməliyyatlara hazırdır: Yeni hədəflər artıq müəyyənləşdirilibVolodimir Zelenski İlham Əliyevə zəng edibBƏƏ-nin ABŞ-dəki səfiri ölkəsinin OPEC-dən çıxma səbəblərini açıqladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Mingəçevirdə WUF13 Festivalı keçirilir - FOTO - VİDEO
Mingəçevirdə WUF13 Festivalı keçirilir - FOTO - VİDEO
Cəmiyyət

Mingəçevirdə WUF13 Festivalı keçirilir - FOTO - VİDEO

Bu gün
20:10
0 baxış
Paylaş:

Mingəçevir şəhəri sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı keçirilir.

Mingəçevir şəhəri sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı keçirilir.

Gundem.today "Report"a istinadən xəbər verir ki, festivalın axşam proqramı Mingəçevir şəhərində, Heydər Əliyev parkının yaxınlığındakı meydanda baş tutur.

"WUF13 Azərbaycan" Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Mingəçevir sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib. Həmçinin o sakinlərin vaxtlarını mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu qeyd edib.

Tədbir proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılması nəzərdə tutulub.

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 6-da Mingəçevir Dövlət Universitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş maarifləndirmə sessiyası keçirilib.

Gundem.today "Report"a istinadən xəbər verir ki, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini, memarlıq-tikinti məsələləri sektorunun müdiri Etibar Abdullayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər.

E.Abdullayev Mingəçevir şəhərinin yaranma tarixi, inkişaf dövrü və Baş planı haqda məlumat verib.

R.İdrisoğlu Azərbaycanın inkişafından bəhs edərkən bildirib ki, şəhərlərin planlı inkişafının əsasında sistemli yanaşma dayanır. O vurğulayıb ki, bu yanaşmada insan amili, sosial rifah və ərazi balansı daim ön planda saxlanılır. Bildirilib ki, ölkədə müasir şəhərsalma siyasətinin əsası mövcud qanunvecilik və hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhər və kəndlərin tarazlı inkişafının təmini məqsədi ilə hazırlanan şəhərsalma sənədləridir. Bu günə qədər ölkənin 79 şəhərindən 67-nin Baş planı təsdiq olunub və digərlərinin üzərində işlər ardıcıl davam etdirilir.

E.Hüseynzadə gəncləri WUF13 tədbirində fəal iştirak etməyə çağırıb. O, çıxışı zamanı WUF13 Festivalı barədə ətraflı məlumat verib, həmçinin Forumun ölkəmiz üçün əhəmiyyətini və onun çərçivəsində gənclər üçün maraq doğuran əsas tədbirləri diqqətə çatdırıb.

WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.

Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Dövlət_Şəhərsalma_və_Arxitektura_Komitəsi#Mingəçevir_şəhəri#İnklüziv_Dəyərlər#Ümumdünya_Şəhərsalma_Forumu_(WUF13)

Oxşar Xəbərlər

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEOCəmiyyət

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

Bakıda yeni inşa olunan çoxmərtəbəli binaların əksərinin tikintisi səhərə qədər davam olunur.

Bu gün
20:240
Konstitusiya Məhkəməsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş dəyirmi masa keçirilibCəmiyyət

Konstitusiya Məhkəməsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib

Mayın 6-da Konstitusiya Məhkəməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş "İnsan hüquq və azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası kimi" mövzusunda dəyirmi masa keçirilib.

Bu gün
19:480
DİQQƏT: Azərbaycanda İLK DƏFƏ bir yolu saatda 130 kilometr sürətlə getmək mümkündürCəmiyyət

DİQQƏT: Azərbaycanda İLK DƏFƏ bir yolu saatda 130 kilometr sürətlə getmək mümkündür

"Aprelin 28-dən etibarən M1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 53-cü km-dən 185-ci km-nə qədər olan hissəsində maksimal hərəkət sürətinin 130 km/saat olduğunu bildirən yol nişanlarının quraşdırılması başa çatıb".

Bu gün
19:400
"Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilibCəmiyyət

"Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib

Mayın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində "Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib. Konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

Bu gün
19:340