Son dəqiqə
Çexiyada silah zavodunu yandırmaqda ittiham olunan altı nəfər həbs olunduBəstəkar Ramiz Mirişlinin oğlu: "Atam həmişə deyirdi ki, XXI əsrin ən böyük müğənniləri mənim mahnılarımı oxuyublar"Ağdamda gənc FACİƏLİ şəkildə öldüSürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaqKİV: ABŞ İranla əlaqəli gəmiləri beynəlxalq sularda ələ keçirəcəkXırdalanda doqquz yaşlı uşağı maşın vurdu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Maraqlı
  3. Qədim insanların kosmosla əlaqə qurduğuna dair dəlillər tapılıb - FOTO
Qədim insanların kosmosla əlaqə qurduğuna dair dəlillər tapılıb - FOTO
Maraqlı

Qədim insanların kosmosla əlaqə qurduğuna dair dəlillər tapılıb - FOTO

15 aprel 2026
04:18
0 baxış
Paylaş:

İsraildə qazıntı aparan arxeoloqlar insanla kosmos arasında əlaqə yarada biləcəyi ehtimal edilən 10 ədəd nadir, tarixəqədərki daş balta aşkar ediblər.

İsraildə qazıntı aparan arxeoloqlar insanla kosmos arasında əlaqə yarada biləcəyi ehtimal edilən 10 ədəd nadir, tarixəqədərki daş balta aşkar ediblər.

Gundem.today Rg.ru saytına istinadən xəbər verir ki, "Homo erectus" növünə aid insanların bu cür alətlər yaratmaq üçün tərkibində daşlaşmış qalıqlar və kristallar olan süxurları şüurlu şəkildə seçdiyi güman edilir.

Tədqiqatçıların ehtimalına görə, baltalar təxminən 500 000 - 200 000 il əvvəl qədim insanlar tərəfindən hazırlanıb. Alimlər düşünürlər ki, o dövrün insanları bu əşyaların xüsusi gücə və kosmik əhəmiyyətə malik olduğuna inanıblar. Yerli sakin və tədqiqatın həmmüəllifi Muataz Şalata 2024-2025-ci illər ərzində Saxnin vadisində bir neçə balta taparaq mütəxəssislərə məlumat verib. Bundan sonra alimlər bənzər geoloji xüsusiyyətləri olan daha on balta aşkar ediblər.

Tədqiqatçılar hesab edirlər ki, bu tapıntı qədim insanların geoloji xüsusiyyətləri və daşlaşmış qalıqları şüurlu surətdə fərqləndirdiklərini sübut edir. Onlar daşa sadəcə təbii resurs kimi deyil, həm də kosmosla əlaqə vasitəsi kimi yanaşıblar. Alimlərin fikrincə, daş alətlər bəşəriyyət və kainatın gücü arasında bir növ vasitəçi rolu oynayıb. Hazırda bu alətlərin istifadə sahələri haqqında daha ətraflı məlumat əldə etmək üçün tədqiqatlar davam etdirilir.

Qeyd edək ki, "Homo erectus" (dik yeriyən insan) növünün təxminən iki milyon il əvvəl Şərqi Afrikada meydana gəldiyi ehtimal olunur. Bu növ təqribən 1.5-1 milyon il əvvəl Yaxın Şərq ərazisindən keçərək Çin və Avropaya qədər geniş Avrasiya coğrafiyasına yayılıb. Onlar "Aşel mədəniyyəti" kimi tanınan daş əmək alətləri - əl çapacaqları, balta formalı kəsərlər və qaşovlar hazırlayırdılar. "Homo erectus" nümayəndələri bitki kökləri və meyvə toplamaqla yanaşı, həm də ovçuluqla məşğul olublar. Onlar "ibtidai sürü" və ya icma halında birləşərək, ilk dəfə isinmək, yemək hazırlamaq və qorunmaq məqsədilə oddan müntəzəm istifadə etməyə başlayıblar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Maraqlı#daş_baltalar#arxeoloji_tapıntı#İsraildə_qazıntılar#Homo_erectus#qədim_insanlar#kosmik_əhəmiyyət#tarixəqədərki_alətlər#aşel_mədəniyyəti#ibtidai_icma

Oxşar Xəbərlər

Yer kürəsində maqnit fırtınası başlayıbMaraqlı

Yer kürəsində maqnit fırtınası başlayıb

Koronal dəlikdən Yerə yaxınlaşan sürətli Günəş küləyi axını aprelin 18-də Yer kürəsində zəif maqnit qasırğası başladıb.

Bu gün
13:440
Rusiyalı həkimdən xəbərdarlıq: Bahar günəşi dərinizə ciddi zərər verə bilərMaraqlı

Rusiyalı həkimdən xəbərdarlıq: Bahar günəşi dərinizə ciddi zərər verə bilər

Qış aylarından sonra dərinin həssaslığı artır. Bu səbəbdən yaz fəslində havanın sərin olmasına baxmayaraq, günəş şüaları asanlıqla dəri yanıqlarına səbəb ola bilər.

Bu gün
07:180
Hindistanda ağlagəlməz həkim səhviMaraqlı

Hindistanda ağlagəlməz həkim səhvi

Hindistanda yaşlı qadın xəstələrin identifikasiyasında yol verilən kobud səhv nəticəsində lazımsız cərrahi müdaxiləyə məruz qaldıqdan sonra dünyasını dəyişib.

Bu gün
01:480
Gündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir? - Mütəxəssislərdən MÜHÜM XƏBƏRDARLIQMaraqlı

Gündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir? - Mütəxəssislərdən MÜHÜM XƏBƏRDARLIQ

Narahatlıq orqanizmin normal reaksiyasıdır və insana təhlükə və streslə mübarizə aparmağa kömək edir. Lakin bəzi hallarda bu hal ciddi pozuntuya çevrilə, yaxud obsessiv-kompulsiv pozuntunun (OKP) təzahürü ola bilər.

Dünən
03:160