
Qəhvə ilə limon qarışığının arıqlamağa təsiri açıqlandı
İspaniyalı antropoloq və diyetoloq Cemma Orte qəhvə ilə limon qarışığının arıqlamağa kömək etdiyi barədə yayılan fikirlərin əsassız olduğunu bildirib. Mütəxəssis bu qarışığın nəinki arıqlamağa kömək etmədiyini, hətta həzm sisteminə mənfi təsir göstərə biləcəyini vurğulayıb.
İspaniyalı antropoloq və diyetoloq Cemma Orte qəhvə ilə limon qarışığının arıqlamağa kömək etdiyi barədə yayılan fikirlərin əsassız olduğunu bildirib. Mütəxəssis bu qarışığın nəinki arıqlamağa kömək etmədiyini, hətta həzm sisteminə mənfi təsir göstərə biləcəyini vurğulayıb.
Gundem.today xəbər verir ki, bu barədə o, "El Mundo" qəzetinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, bu içkinin "yağ yandıran" təsirə malik olması barədə iddialar yanlışdır. Qəhvə maddələr mübadiləsini sürətləndirsə də, ona limon şirəsi əlavə etmək bu prosesdə heç bir əlavə effekt yaratmır.
Mütəxəssis qeyd edib ki, bu qarışığın acqarına qəbulu mədənin qıcıqlanmasına və turşuluğun artmasına səbəb ola bilər. Xüsusilə həssas həzm sistemi olan və ya yüksək stres səviyyəsi müşahidə edilən insanlarda bu içki ciddi narahatlıq yarada bilər.
Diyetoloq izah edib ki, qəhvə mərkəzi sinir sistemini stimullaşdırır, enerji sərfini artırır və yağ turşularının parçalanmasına kömək edir, lakin bu təsir məhduddur və ciddi çəki azalmasına səbəb olmur. Limonun suya əlavə edilməsi isə orqanizmin su balansını qorumağa və az miqdarda C vitamini qəbuluna kömək edə bilər, lakin onun sübut olunmuş iltihabəleyhinə və ya yağ yandıran xüsusiyyəti yoxdur.
Ekspert vurğulayıb ki, möcüzəvi "yağ yandıran" içkilər mövcud deyil. Bəzi içkilər maddələr mübadiləsini yalnız dolayı yolla dəstəkləyə bilər:
Yaşıl çay: Enerji sərfini bir qədər artırır.
Zəncəfilli içkilər: Həzmi və insulin həssaslığını yaxşılaşdırır.
Darçın: Qlükoza səviyyəsindəki kəskin dəyişiklikləri azalda bilər.
Lakin bu təsirlər yalnız balanslı qidalanma və fiziki aktivliklə birlikdə effektiv olur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıb
ABŞ Hərb Nazirliyi (Pentaqon) Prezident Donald Tramp administrasiyası tərəfindən 2027-ci maliyyə ili üçün təklif olunan 1.5 trilyon dollar məbləğində müdafiə büdcəsinin təfərrüatını dərc edib.
DünyaTürkiyədə məktəbdə qətliam törədən şagirdin anası həbs edildi
Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürən İsa Aras Mersinlinin anası Peyman Pınar Mersinli həbs edilib.
DünyaKallas: "Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirir"
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Tehranın Hörmüz boğazında gəmiçiliyə qoyduğu məhdudiyyətlərə cavab olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsi barədə razılığa gəliblər.
Dünyaİran Trampın edam cəzası verilən səkkiz qadınla bağlı iddiasına cavab verdi
İranın məhkəmə sistemi ABŞ Prezidenti Donald Trampın səkkiz qadına ölüm hökmü çıxarılması ilə bağlı iddiasını təkzib edib.